İkitərəfli yazılış –
baş vermiş təsərrüfat əməliyyatla-
rında eyni bir məbləğin bir mühasibat hesabının debetində
digər hesabın kreditində əks etdirilməsidir. İkitərəfli yazılış
uçotda tarazlıq prinsipinin gözlənilməsinə xidmət edir.
Mühasibat uçotu A.H.Əliyeva
15
İnventarizasiya
–
müəyyən tarixə
müəssisə əmlakı-
nın faktiki mövcudluğu haqqında məlumatların uçot
məlumatları ilə üzləşdirilərək artıq və əskikgəlmələrin mü-
əyyən edilməsidir.
İnventarizasiya
material dəyərlilərinin,
pul vəsaitlərinin, maliyyə hesabatı məlumatlarının tam və
düzgünlüyü üzərində nəzarəti təmin edir.
İnvеntarlaşma –
müəssisə mühasibat uçоtu və hеsabatının dоğru və düz-
günlüyünü təsdiq еtmək üçün dövrü оlaraq öz əmlakının,
öhdəliyinin, hеsablaşmalarının, kapiatlının və s. maddi
sərvətlərini və ümumiyyətlə balansın bütün aktiv və passiv
maddələrinin faktiki yохlanmasının aparılmasıdır. İnvеn-
tarlaşma nəticələri хüsusi müəyyən оlunmuş sənədlə rəs-
miyyətə salınır. Həmin sənəddə bütün lazım оlan rеkvizit-
lər əks оlunmalıdır. İnvеntarlaşma sənədində оlan rеkvi-
zitlərin tam məzmunda dоldurulması оnun sübutеdici sə-
nəd kimi fоrmalaşmasını təmin еdir.
Mühasibat balansı
–
konkret müəyyən tarixə müəs-
sisənin özünəməxsus və cəlb olunmuş vəsaitlərinin iqtisadi
cəhətdən qruplaşdırılması, onların yerləşdirilməsi və pul şək-
lində ifadəsidir. Balansda bütün təsərrüfat vəsaitlərinin ümu-
mi yekunu həmin vəsaitlərin əmələ gəlmə mənbələrinin ye-
kununa bərabər olmalıdır.
Maliyyə hesabatı
- müəyyən dövr üçün müəssisənin
maliyyə-təsərrüfat fəaliyyətinin yekun göstəricilərini xarak-
terizə edir. Müəssisələrin mühasibat (maliyyə) hesabatları-
nın tərkibi əsasən mühasibat uçotu balansından və ona əla-
və edilən maliyyə nəticələri (mənfəət, zərərlər) və onların
istifadəsi, əmlakın, fondların, dövriyyə vəsaitlərinin, xüsusi
kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə
və kapital qoyuluşlarının və sair aktiv və passivlərin hərə-
|