Mühasibat uçotu A.H.Əliyeva 171 Uçot sisteminin ikinci modeli ingilis-sakson modeli
adlandırılır. Bu model mühasibat və vergi uçotunun
müstəqil və fərqli uçot sistemlərini nəzərdə tutur. İkinci
modelin konsepsiyası ilkin olaraq Böyük Britaniyada
yaradılmışdır. Onun əsas mahiyyəti ondan ibarətdir ki,
mühasibat uçotu ilə müəyyən edilmiş balans mənfəəti
vergitutma məqsədləri üçün müəyyən edilən mənfəətdən
fərqlənir. İngilis-sakson modelinə ABŞ-ın, Böyük Brita-
niyanın, Avstriyanın, Kanadanın, Niderlandın və bir sıra
digər dövlətlərin uçot sistemləri aid edilir.
Azərbaycanda tətbiq olunan uçot sistemi isə ingilis-
sakson modelinə daha uyğun gəlir. Belə ki, mühasibat
uçotunun qaydalarına əsasən hesablanan balans mənfəəti
vergi qanunvericiliyinə uyğun qaydada müəyyən olunan
mənfəətdən fərqlənir. Bu fərqin yaranması müəssisənin
mənfəətinin vergitutma məqsədləri üçün məbləğinin
müəyyən olunmasını tənzimləyən normaları əks etdirən
«Müəssisə və təşkilatların mənfəət vergisi haqqında»
Azərbaycan Respublikası Qanununun qəbulu ilə bağlı ol-
muşdur. Müəssisənin balans mənfəətinin hesablanması
qaydasının onun mənfəətinin vergitutma məqsədləri üçün
müəyyən olunması qaydasından fərqləndirilməsinə əsas
verən normalar Azərbaycan Respublikasının Vergi Məcəl-
ləsində də öz əksini tapmışdır. Bunlara gəlirdən çıxıl-
masına icazə verilən xərclərin növlərinin müəyyən edil-
məsini, bəzi gəlirdən çıxılan xərclərə məhdudiyyətin qo-
yulmasını, bazar qiymətlərinin tətbiqini və s. bu kimi mə-
sələləri tənzimləyən normaları aid etmək olar.
Qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir
ki, mühasibat uçotu ilə vergi uçotunun fərqli olması bir