Mühasibat uçotu A.H.Əliyeva 16 kəti haqqında hesabatlardan ibarətdir. Mühasibat (maliyyə)
hesabatlarının nümunəvi formaları və o cümlədən mühasi-
bat balansı, onların doldurulması qaydaları, Azərbaycan
Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Bütün mühasibat uçotu subyektlərində mühasibat
uçotunun "Mühasibat uçotu haqqında" Azərbaycan Res-
publikasının Qanununda müəyyən edilmiş müvafiq müha-
sibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun
qaydalarına uyğun aparılması məcburidir (AR "Mühasibat
uçotu haqqında"Qanun, Maddə 3). «Mühasibat uçotu haq-
qında Azərbaycan Respublikasının Qanunda» mühasibat
hesabatı müəssisə maliyyə və əmlak vəziyyətinin vahid
qəbul olunmuş göstəricilərin özündə əks etdirməklə müha-
sibat uçotu göstəriciləri əsasında vahid formada tərtib
olunmaqla, maraqlı hüquqi və fiziki şəxslərin müəssisənin
əmlak və maliyyə vəziyyəti, mənfəət və zərəri haqqında mü-
qayisə edilə bilən məlumatlarla təminatından ibarətdir.
Müəssisə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinin
hərtərəfli təhlili ancaq balans və hesabata əsasən şərh olunur.
Mühasibat uçotunun bütün göstərilən metodoloji prin-
sip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır. Təcrübədə
həmin metodiki prinsiplər əlaqədar ardıcıllıqla icra olunur.
Göstərilən prinsiplərin icrası ilə mühasibat uçotunda fasi-
ləsiz, ardıcıl və sənədlər əsasında təsərrüfat-maliyyə əməliy-
yatları pul, miqdar və əmək ölçülərinə uyğun olaraq ümumi-
ləşdirilmiş formada əks olunur. Bütün bunlar mühasibat uço-
tu sistemini yaradır və onun idarə olunmasını təmin edir.