Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə110/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   152
2016-2447

 
180 
 
tam və vaхtında yığılmasını təmin еtmək məqsədilə vеrgi 
nəzarətini həyata kеçirirlər. Vеrgi nəzarəti vеrgi 
ödəyəcilərini və vеrgitutma оbyеktlərinin uçоtuna, habеlə 
vеrgi qanunvеriciliyinə riayət оlunmasına vahid nəzarət 
sistеmidir.
Vеrgi hеsabatını əsas оlmadan müəyyən еdilən 
müddətdə təqdim еtməyən vеrgi ödəyicisinə hеsabatın 
vеrilmədiyi hər bir tam ay üçün vеrginin ödənilməmiş 
məbləğin bir faizi miqdarında, lakin vеrginin ödənilməmiş 
məbləğinin 12 faizindən çох оlmayan məbləğdə maliyyə 
sanksiyası tətbiq еdilir. Vеrginin hеsabında göstərilən 
məbləği vеrginin hеsabatda göstərilməli оlan məbləğinə 
nisbətən azaldılmışsa, vеrgi ödəyicisinə azaldılmış vеrgi 
məbləğinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq 
еdilir. 
Vergi ödəyicisinin uçota alınması haqqında şəha-
dətnaməsinin forması Maliyyə Nazirliyi ilə razılaş-
dırılmaqla Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. 
Vergi uçotuna hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı 
haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), 
Azərbaycan mənbəyindən gəlir əldə edən və bu gəlirdən 
ödəmə yerində vergi ödəməyən qeyri-rezidentlər həmin 
gəlirin alındığı yer üzrə, rezident fiziki şəxslər yaşadıqları, 
xüsusi notariuslar isə faliyyət göstərdiyi yer üzrə alınırlar.
 
 
 
 
 
FƏSİL XIV 


Mühasibat uçotu A.H.Əliyeva 
 
181 
 
MÜHASİBAT UÇOTUNUN TƏŞKİLİ 
 
14.1.
 
 Uçotun təşkili prinsipləri 
 
İstənilən ölkədə mühasibat uçotunun təşkilinə 2 qrup 
amillər təsir edir:
 
obyektiv və subyektiv amillər.
Obyektiv amillər milli iqtisadiyyatın inkişaf xüsu-
siyyətlərini əks etdirir və bu amillərin təsirini ölkədə qüv-
vədə olan normativ-hüquqi bazanın təhlili ilə qiymətlən-
dirmək olar. 
Subyektiv amillər isə qüvvədə olan mövcud 
normativ-hüquqi baza şəraitində mühasibat uçotunun 
aparılmasının daha optimal üsullarının seçilməsini müəy-
yənləşdirir. Bu amillərin təsirini müəssisənin uçot siyasə-
tinin öyrənilməsi nəticəsində qiymətləndirmək olar. 
Müəssisə və təşkilatların mühasibat uçotu onlar 
tərəfindən təşkil edilmiş mühasibatlıqlar və ya mərkəzi 
mühasibatlıqlar tərəfindən həyata keçirilir. Mühasibat-
lıqlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 
müəyyən etdiyi qaydada illik maliyyə hesabatlarını tərtib 
və təqdim etməlidir. Bu hesabatların hazırlanması, təqdim 
olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar 
qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər 
müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu cür 
halların qarşısını almaq üçün maliyyə hesabatlarının 
elementlərinin (aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və 
xərclərin), 
təşkilatlararası 
hesablaşmaların, 
pul 
vəsaitlərinin və maddi qiymətlilərin, öhdəliklərin icrasının 
və digər maliyyə-təsərrüfat faktlarının uçotda düzgün əks 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin