Mühasibat uçotu A.H.Əliyeva
222
Giriş balansı
- müəssisə yaradılmış tarixə nizamnamə
fondu əsasında tərtib olunur.
Cari balans
- müəssisənin fəaliyyətdə olduğu bütün
dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat dövrlərinə
uyğun tərtib olunur.
Bölüşdürmə
balansı
-böyük müəssissələrin bir neçə
müəssisəyə ayrılması ilə və bir sıra halda böyük müəs-
sisənin tabeliyində olan istehsal vahidlərinin başqa müəssi-
sənin tabeçiliyinə verildikdə tərtib olunur.
Birləşmə balansı
- bir neçə müəssisənin bir müəssisə
tabeçiliyində birləşməsi ilə əlaqədar olaraq tərtib olunur.
Amortizasiya
– köhnəlmə və ya yararsızlaşma ilə
bağlı olaraq dəyərin azalması olmaqla aktivin amortizasi-
ya dəyərinin onun faydalı xidmət müddəti ərzində siste-
matik şəkildə bölüşdürülməsidir.
Dostları ilə paylaş: