Mühasibat uçotu A.H.Əliyeva
226
Aktivlər
- keçmiş hadisələrin
nəticəsi kimi müəssisə
tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi
səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır.
Xərclər
-
mülkiyyətçilər
arasında
kapitalın
bölüşdürülməsi ilə əlaqəli olmayan lakin kapitalın
azalması ilə nəticələnən hesabat
dövrü ərzində aktivlərin
kənara axını və ya azalması və öhdəliklərin artması
hesabına baş verən iqtisadi səmərənin azalmasıdır.
Öhdəliklər
- mühasibat uçotu subyektinin kеçmiş
hadisələrdən, o cümlədən bağlanılmış
müqavilələrdən
yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatların
həmin subyektdən kənara axını ilə nəticələnən mövcud
borcudur.
Gəlirlər
mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli
olmayan lakin kapitalda artım
ilə nəticələnən və hesabat
dövrü ərzində aktivlərin artması daxil olması və ya
öhdəliklərin
azalması
şəklində iqtisadi səmərənin
artımıdır.
Dostları ilə paylaş: