Mühasibat uçotu A.H.Əliyeva
227
Ehtiyat
- gələcəkdə fövqəladə
halda istifadə olu-
nacaq şeydir. Bir çox gənc sahibkarların uğuru və ya iflası
onların maliyyə böhranından çıxmaq bacarığıdır.
Debitorların hesabları
(vəsaitlərin alınması üçün
hesablar)
- bu kəmiyyət bir qayda olaraq ilin yekunları
üzrə hesablanır və pul vəsaitlərinin alınması üzrə
ödənməyən hesabların - debitor borclarının məbləğini
müəyyən edir. Adətən, debitor hesabları alınması mümkün
olmayan məbləğdə azalırlar.
Bunlar ümidsiz olan
borclardır.
Mal-material ehtiyatları
-
bir ay müddətində məhsul
istehsalı və ya xidmət üzrə sifarişin icrası üçün mövcud
olan xammal və material ehtiyatlarının həcmi göstərilir.
Əsas kapitalın balans (qalıq) qiyməti
-
amortizasiya
nəzərə alınmaqla və balans hesabatının
tərtibi üçün
yenidən qiymətləndirmə əsasında hesablanır.
Digər aktivlər
- biznesin digər növlərinə (material
aktivlər) və alınmış patentlərə (qeyri-material aktivlər)
investisiyaların məbləğindən ibarətdir.
Dostları ilə paylaş: