Mühasibat uçotu A.H.Əliyeva
19
tətbiq edilməyə başlamış və müasir Milli Mühasibat Uçotu
Standartları (MMUS) qüvvəyə minənədək istifadə edilmiş
hesablar planı aşağıdakı 9 bölməni özündə birləşdirir:
Əsas vəsaitlər və digər uzunmüddətli qoyu-
luşlar;
İstehsal ehtiyatları;
İstehsal məsrəfləri;
Hazır məhsul, mallar və satış;
Pul vəsaitləri;
Hesablaşmalar;
Maliyyə nəticələri və mənfəətin istifadəsi;
Kapitallar (fondlar) və ehtiyatlar;
Kreditlər və maliyyələşmələr.
Bunlardan başqa hesablar planına əlavə olunmuş 11
adda balansarxası hesablar vardır.
Ölkədə uçotun Beynəlxalq uçot və hesabatına
uyğunlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası
hökumətinin 20 fevral 2003-cü il 29 №-li qərarı ilə təsdiq
olunmuş Beynəlxalq mühasibat uçotu standartlarına
keçmək məqsədilə milli mühasibat uçotu standartlarının
2003-2007-ci illərdə hazırlanması
və tətbiqinə dair qəbul
edilmiş proqrama əsasən Milli uçot standartları hazır-
landığından hesablar planının bu standartların tələblərinə
cavab verə bilməsi zəruriyyəti meydana çıxmışdır. Məhz
bu səbəbdən Respublika Maliyyə
Nazirliyinin Milli uçot
standartları hazırlayan işçi heyəti yeni hesablar planı ha-
zırlamış və onu Nazirliyin 2006-cı il 18 aprel tarixli İ-38
nömrəli əmri ilə təsdiq etmişdir.
Yeni mühasibat uçotu hesabları da 9 bölmə üzrə aşa-
ğıdakı kimi qruplaşdırılmışdır: