Mühasibat uçotu A.H.Əliyeva
29
3.3. Mühasibat uçotu hesablarının iqtisadi
məzmununa görə təsnifatı
Mühasibat uçotu hesablarının təsnifatı
-
iqtisadi
məzmununa görə əmlakın, öhdəliyin və təsərrüfat əməliy-
yatlarının oxşar nişanələr üzrə əks etdirilən qruplaşması-
dır.
Mühasibat hesablarının təsnifatı zəruri və mühasibat
obyektlərinin müşahidəsinin qeydə alınmasını,
bu obyek-
tlərin konkret hesablar üzrə bölüşdürülməsini, yaradılmış
sistemin müəyyən siniflərə bölünməsini və tələb olunan
nəticələrin əldə olunmasını
təmin etmək üçün minimum
hesabların təyin edilməsinə yönəldilir.
Hesabların hər hansı təsnifatı ən azı aşağıdakı üç
məqsədə xidmət etməlidir:
bu və ya digər hesabın təbiətini göstərmək (hər bir
hesab ancaq digər hesablarla müqaisədə anlaşıla
bilər);
hər bir hesabdan istifadə etməyi bacarmaq (yəni
mühasibat yazılışı tərtib edərkən hesabı düzgün
seçmək);
hesablar planının tərtibi zamanı zəruri istiqamət
götürmək.
Təsərrüfat və maliyyə fəaliyyətini əks etdirmək üçün
hesabların iqtisadi məzmununa görə təsnifatı iqtisadi sub-
yektlərin istehsalatda zəruri və lazımi
qədər mühasibat
uçotu hesablarının nomenklaturasının təyin edilməsinə
yönəldilməlidir.
Bu cür nomenklaturanın quruluşu təsərrüfat siste-
mində baş verən iqtisadi informasiyaların təhlilinin yerinə