Mühasibat uçotu A.H.Əliyeva
36
Məsələn: Müəssisə kassasından işçilərə əmək haqqı
ödənişi üçün 50 min manat və təhtəlhesab şəxslərə 30 min
manat nağd pul ödəmişdir.
Həmin əməliyyat nəticəsində
müəssisə kassasındakı pul vəsaiti 80 min manat azal-
mışdır. Həmin əməliyyat nəticəsində əmək haqqının ödən-
məsi üzrə işçi heyətinə olan borc 50 min manat azalmış,
təhtəlhesab şəxslərin müəssisəyə olan borcu isə 30 min
manat artmışdır.
Dt Kt
1.«Əmək ödənişi üzrə işçi «Kassa» 50000 manat
heyəti ilə hesablaşmalar»
2. «Təhtəlhesab şəxslərlə «Kassa» 30000 manat
hesablaşmalar»
Həmin əməliyyatla əlaqədar olaraq kassadan buraxı-
lan 80 min manat pul məbləği aktiv hesab olan «Kassa»
hesabının kreditinə və 50 min manat «Əmək ödənişi üzrə
işçi heyəti ilə hesablaşmalar» passiv hesabın kreditinə, 30
min manat isə təhtəlhesab şəxslərlə hesablaşmalar aktiv-
passiv hesabının debetində əks olunur.
Burada nəzərə al-
maq lazımdır ki, «Kassa» hesabı aktiv hesabdır və həmin
hesabda azalma onun kreditində əks olunur, «Əmək
ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabı passiv
hesabdır və həmin hesaba daxil
olan məbləğlər onun kre-
ditində əks olunur, «Təhtəlhesab şəxslərlə hesablaşmalar»
hesabı aktiv-passiv hesab olduğu üçün ona daxil olan və-
sait hesabın debetində əks olunur. Beləliklə,
göstərilən
əməliyyat iki hesabın debetinə və bir hesabın kreditində
əks etdirilir. Bu misalda göstərilən yazılış mürəkkəb yazı-
lış adlanır.