4.3. Aktiv və passiv hesabların xüsusiyyətləri
Mühasibat uçotu hesabı təsərrüfat əməliyyatları
haqqında məlumatların və mühasibat uçotunda digər infor-
masiyanın qruplaşdırılması və saxlanması üçün vahid
əsasdır. Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin
və onların əmələgəlmə mənbəələrinin hər biri üçün ayrı
açılır. Cari uçotu və nəzarəti təmin etmək üçün mühasibat
uçotu hesablarından istifadə edilir.
Mühasibat uçotu A.H.Əliyeva
39
Aktiv hesablarda
-
müəssisə əmlakının müxtəlif for-
malarının qalığı, tərkibi və hərəkəti əks olunaraq, qalıq an-
caq hesabın debetində ola bilər. Aktiv hesablara o hesablar
daxildir ki, onlarda müəssisə əmlakının müxtəlif for-
malarının qalığı, tərkibi və hərəkəti əks olunur. Bu qrup
hesablara «Əsas vəsaitlər» hesabı, «Materiallar» hesabı,
«Kassa» hesabı, «Qeyri-maddi aktivlər» hesabı, «Hesab-
laşma hesabı» və s. daxildir. Aktiv hesablarda qalıq (sal-
do) ancaq hesabın debetində ola bilər.
Mühasibat uçotunda aktiv hesabların quruluşunu
aşağıdakı formada göstərmək olar (Sxem 4.2.).
Debet
Hesabın
adı
Kredit
İlk qalıq: Q
1
Artan təsərrüfat
əməliyyatları: (+)
1.
2.
3.
və sair
Azalan təsərrüfat
əməliyyatları: (-)
1.
2.
3.
və sair
Debet dövriyyəsinin
cəmi:
Son qalıq: Q
2
Kredit dövriyyəsinin
cəmi:
Sxem 4.2. Aktiv hesabların quruluşu
|