Mühasibat uçotu A.H.Əliyeva
42
hesablaşmalar», «Mənfəət və zərər» hesabları və s. aiddir.
Bu hesablar aktiv hesab kimi çıxış etdikdə hesabın debeti,
debitor borcunun artmasını, krediti həmin borcun
azalmasını göstərir. Passiv hesab kimi çıxış
etdikdə isə
hesabın krediti borcun artmasını, debeti isə həmin borcun
azalmasını əks etdirir. Balans tərtib edilən zaman debet
qalığı balansın aktivində, kredit qalığı isə passivində yazı-
lır. Məsələn, «Müxtəlif debitor və kreditorlarla hesablaş-
malar» hesabında əməliyyatın aparılması
nəticəsində
debet qalığı yarandıqda debitor borcunu göstərir və müəs-
sisə balansının aktivində əks olunur.
Aktiv-passiv hesablarda sadə qaydada qalığı təyin et-
mək mümkün deyildir. Ona görə də həmin hesablar üzrə
analitik uçotun aparılması lazımdır. Analitik uçot hər bir
debitor və kreditor üzrə hesablaşmanın
vəziyyətinə dair
(yəni alıcılar və mal satanlar haqqında) ətraflı informasiya
verir və həmin göstəricilər üzrə, yəni bütün alıcı və satıcı
təşkilatlar üzrə debitor və kreditorların məbləğlərini əks
etdirir.
Aktiv-passiv hesablarda hər bir hesab üzrə son debi-
tor borcunun vəziyyətini müəyyənləşdirmək üçün ilk qalı-
ğın (debitor borcunun ) üzərinə ay ərzində debitor borcu-
nun artmasını toplayıb həmin ay ərzində debitor borcunun
azalmasını çıxmaq lazımdır.
Aktiv-passiv hesablarda hər bir hesab üzrə son kredi-
tor borcunun vəziyyətini müəyyənləşdirmək üçün ilk qalı-
ğın (kreditor borcunun ) üzərinə ay ərzində kreditor borcu-
nun artmasını əlavə edib həmin ay ərzində kreditor borcu-
nun azalmasını çıxmaq lazımdır.