cədvəllərinin tərtibi
Sintetik uçot
- maliyyə təsərrüfat fəaliyyətinin ümu-
mi iqtisadi göstəricilərinin sintetik hesablarda yalnız pul
ifadəsində öz əksini tapmasıdır.İqtisadi subyektin istehsal
və təsərrüfat-maliyyə fəaliyyətinin idarə olunması, bazar
iqtisadiyyatı şəraitində onun yerini qiymətləndirmək, ayrı-
ayrı təsərrüfat əlaqələri olan müəssisələrlə hesablaşma və-
ziyyətinə nəzarət etmək üçün ümumi göstəricilər əsasında
sintetik uçotun həyata keçirilməsi önəmlidir.
Analitik uçot
- sintetik uçotun iqtisadi göstəricilərini
genişləndirmək məqsədilə məbləğ və natural ölçüdə ana-
litik hesablarda öz əksini tapmasıdır. Analitik uçotda
daha
ətraflı məlumat olmalı, hər bir məhsulun həcmi, çeşidi,
müəssisədə işləyən bütün işçilərin göstəriciləri və s. haq-
qında məlumatlar geniş şəkildə öz əksini tapmalıdır.
Maliyyə mühasibat hesabının daha aydın və yığcam
olması üçün müxtəlif formalı cədvəllərdən istifadə olunur.
Uçotda xammalın, mal-material ehtiyatlarının, müxtəlif
hesablaşmaların hesabatında dövriyyə cədvəllərindən
geniş istifadə olunur. Bu da öz növbəsində sintetik və ana-
litik dövriyyə cədvəllərinə bölünür.
Sintetik dövriyyə cədvəli
- pul ölçüsü ilə ifadə olu-
nan, iqtisadi cəhətdən eyni qruplu əmlak, öhdəlik və əmə-
liyyatlar haqda göstəricilərin ümumiləşdirilmiş formasıdır.
Analitik
dövriyyə cədvəli
- natural, pul və əmək ölçü-
sü ilə ifadə olunan ayrı-ayrı əmlak və əməliyyat növünün
sintetik uçotda əks etdirilən məzmununun açılış forması-
dır.
Mühasibat uçotu A.H.Əliyeva
48
Beləliklə, sintetik dövriyyə cədvəlində ancaq dəyər
ifadəsində məbləğlər yazılır, analitik dövriyyə cədvəlində
isə məbləğlə yanaşı müxtəlif vəsaitlərin ölçü vahidi, miq-
darı göstərilir.
Analitik hesablar üzrə yazılışların ümumi yekunu
onun aid olduğu sintetik və subhesablardakı yazılışların
yekununa bərabər olmalıdır. Eyni zamanda sintetik
hesabın ilk və son qalıqları onun tərkibinə daxil olan ana-
litik hesabların qalıqlarının ümumi məbləğinə bərabər
olmalıdır. Belə bərabərliyin olması sintetik və analitik he-
sablarda əks olunmuş uçotun düzgünlüyünü müəyyən et-
məyə imkan verir.
Sintetik və analitik dövriyyə cədvəllərinin tərtibi
üçün müəssisədə əməliyyatların məzmununa uyğun olaraq
misalları izah edək.
1) Alıcıdan 100,00 manat kassaya mədaxil edilib:
Debet
Kredit
Məbləğ
"Kassa" hesabı
"Alıcılar" hesabı
100,00
2) Kassadan 40,00 manat pul bankdakı hesablaşma
hesabına verilib:
Debet
Kredit
Məbləğ
"Hesablaşma
hesabı"
"Kassa" hesabı
40,00
|