Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə34/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
58 
 
üçün məsul şəxslərin vəzifələri, soyadı, adı, 
atasının adı, şəxsi imzaları və başqa əlamətləri.
Əməliyyatların xarakterindən və uçot məlumatlarının 
işlənməsi texnologiyasından asılı olaraq ilkin sənədlərə 
əlavə rekvizitlər daxil edilə bilər. İlkin sənədlər, uçot re-
gistləri, mühasibat hesabatları mütləq müəyyən edilmiş 
qaydada və müddətə müvafiq olaraq saxlanmalıdır. 
Sənədlərlə işləyən dövrdə onların qorunub saxlanmasının 
təmin edilməsinə və vaxtında arxivə verilməsinə baş 
mühasib məsuliyyət daşıyır. Uçot sənədlərinə nəzarət 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tərəfindən 
həyata keçirilir. 
6.2.Sənədlərin təsnifatı və təyinatı 
Uçot işlərində sənədləşdirmənin sadələşdirilməsinin 
əsas yollarından biri sənədlərin qruplaşdırılaraq sadə və 
səmərəli tərtibidir. 
Sənədlərin təsnifatı – 
onların müəyyən əlamətlərinə 
görə qruplaşdırılması deməkdir. Bu zaman sənədlərin 
məzmunu və təyinatı, onların quruluşu və rəsmiyyətə sa-
lınma prinsipi aydınlaşdırılmalıdır. 
Sənədlər aşağıdakı əlamətlərinə görə təsnifləşdirilir. 

Təyinatına görə 

Tərtib olunmasına görə 

Əməliyyatların əks etdirmə üsuluna görə 

Tərtib edilmə yerinə görə 

Doldurulma qaydasına görə 

Təsərrüfat əməliyyatlarının məzmununa (xarakte-
rizinə) görə 


Mühasibat uçotu A.H.Əliyeva 
 
59 
 
Mühasibat uçоtu sənədlərinin təsnifatını sхеm şəklin-
də aşağıdakı kimi göstərmək olar (sхеm 6.1). 
 
 
Sхем 6.1. Mühasibat uçоtu sənədlərinin təsnifatı 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin