Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə51/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
89 
 
də uçota alınır. Mənfəət olarsa, bölüşdürülməmiş mənfəət 
hesabının kreditində, zərər olarsa, yenə də həmin hesabın 
kreditində, ancaq bu dəfə mənfi işarəsi olan rəqəmlə və 
yaxud mötərizənin içərisində yazılır.
 
Beynəlxalq standartlara uyğun olaraq müəssisə əmla-
kı və əmələgəlmə mənbələrinin bu cür təsnifatı beynəlxalq 
standartlara uyğun olaraq tərtib olunan balansın bölmə və 
maddələrinin fərqlənməsinə səbəb olur. Bu fərqlər 
aşağıdakı cədvəldə əks olunmuşdur (Cədvəl 7.2):
Azərbaycanda müəssisələrin 
tərtib etdikləri illik mühasibat 
balansının bölmələri 
Beynəlxalq standartlara 
müvafiq 
olaraq 
balansın 
bölmələri 
Aktiv 
Aktivlər 
1.əsas 
vəsaitlər 
və 
sair 
dövriyyədən kənar aktivlər 
2.ehtiyatlar və məsrəflər 
3.pul 
vəsaitləri, 
hesablaş-
malar və sair aktivlər 
1.uzunmüddətli aktivlər 
2.qısamüddətli aktivlər 
Passiv
Kapital və öhdəliklər 
1.xüsusi vəsaitlərin mənbələri 
2.hesablaşmalar və sair pas-
sivlər 
1.kapital 
2.uzunmüddətli öhdəliklər 
3.qısamüddətli öhdəliklər 
Azərbaycanda müəssisələrin tərtib etdikləri illik 
mühasibat balansının aktiv bölməsi üç hissədən, passiv 
bölməsi isə iki hissədən ibarət olduğu halda, Beynəlxalq 
standartlara müvafiq olaraq balansın aktiv bölməsi əksinə, 
iki hissədən, passiv bölməsi isə üç hissədən ibarətdir. 
Aktiv və passivin hər bir ünsürü
balans maddəsi
ad-
lanır. Bu göstəricilərə əsaslanaraq mövcud ehtiyatların 


Mühasibat uçotu A.H.Əliyeva 
 
90 
 
yerləşməsi və istifadə olunmasında, iqtisadi subyektin 
ödəmə qabiliyyəti və maliyyə üstünlüyünə əsaslanan lazı-
mi informasiyaların təmin olunmasında istifadə olunur. 
Bazar iqtisadiyyatı şəraitində balansın aktiv və passiv mad-
dələrinin məzmunu onu həm daxildə, həm də xaricdə, o 
cümlədən səhmdar cəmiyyətləri, təsisçilər, malsatanlar, 
kreditorlar, banklar və başqaları tərəfindən istifadə etməyə
imkan verir. Göstərilən maddələr balansın aktivində və pas-
sivində müəyyən edilmiş ardıcıllıqla qruplaşdırılır və belə 
qruplaşma müəssisənin maliyyə vəziyyəti üzərində nəzarət 
etməyə imkan verir. 
Balansda ifadə olunan analitik maddələr şirkətin de-
bitor, kreditor borclarının, özünəməxsus kapitalının və 
ayrı-ayrı ehtiyatların, cari xərclərin və mənfəətin səviy-
yəsini açıqlandırır. Balansın bütün maddələri hesabat döv-
rünün əvvəlinə və axırına əks etdirilir.

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin