Mühasibat uçotu A.H.Əliyeva
93
Ləğv olunma balansı –
müəssisənin ləğv edilmə döv-
rünün əvvəlində tərtib olunur.
Ləğv olunan müəssisələrin
öhdəlikləri dəqiqləşdirilir və ləğv balansında, ödəniş gü-
nündən başlayaraq bölgü üzrə bərabar faizlərlə əks etdi-
rilir. Ümidsiz borclar və zərərlər ləğv balansına daxil edil-
mir.
Sağlamlaşdırıcı balans
- müəssisə müflisləşmə də-
rəcəsində olduqda tərtib edilir.
Azərbaycan Respublikasının qanunvericiliyinə uy-
ğun olaraq müəyyən edilmiş qaydada ləğv edilən müəssisə
(müflisləşmə, könüllü ləğv və digər əsaslar) məhkəmənin
müflisləşməni elan etdiyi tarix, yaxud ləğv haqqında qərar
qəbul olunarkən müəyyən edilmiş tarix üçün yekun icmal
maliyyə (mühasibat) hesabatını tərtib edir.
İcmal balans
-
ayrı-ayrı yekun balansların mad-
dələrinin göstəricilərinin toplanması vasitəsilə formalaşır.
Nazirliklər və idarələr bu balansdan istifadə edirlər.
İcmal-konsildasiya balansı
-
hüquqi cəhətdən müs-
təqil olan, lakin iqtisadi cəhətdən bir-birilə bağlılığı olan
təşkilatların balanslarının məcmuəsidir. Belə balanslar təş-
kilatın və onların törəmə müəssisələrinin balanslarını bir-
ləşdirir.
Dostları ilə paylaş: