Mühasibat uçotu A.H.Əliyeva
94
7.4. Təsərüfat əməliyyatlarının təsiri nəticəsində
balansda baş verən dəyişikliklər
Hər bir təsərrüfat əməliyyatı balansın aktivində və
passivində müəssisə vəsaitini, onların əmələ gəlmə
mənbəələrinin tərkibində yaxud eyni vaxtda həm balansın
aktivində, həm də passivində qarşılıqlı dəyişikliklər əmələ
gətirir. Müəssisədə icra olunmuş hər bir təsərrüfat əməliy-
yatı nəticəsində ona məxsus olan əmlakın həcminin artması
və ya azalması baş verir. Aparılan təsərrüfat əməliyyatları
nəticəsində müəssisənin valyuta balansı artır və ya azalır.
Nəticə olaraq əməliyyatların aparılması balansın aktiv və
passivində əks olunmuş maddələrin həcminin dəyişilməsinə
səbəb olur. Nəzərə almaq lazımdır ki, aparılan təsərrüfat
əməliyyatlarının təsiri nəticəsində balansın aktiv və passiv-
lərinin balanslaşma yekunu pozulmur.
Təsərrüfat əməliyyatlarının təsiri ilə əlaqədar olaraq
müəssisə balansında dörd formada dəyişikliklər əmələ
gəlir. Hər bir təsərrüfat əməliyyatı nəticəsində balansda baş
verən dəyişiklikləri aşağıdakı kimi ifadə etmək olar:
*Birinci əməliyyat: balansın aktivinin daxilində
əmələ gələn dəyişiklik
Balansın aktivində bir maddə artır, digər maddə
eyni məbləğdə azalır. Bunun nəticəsində balansın aktivin-
də yalnız vəsaitin yerdəyişməsi baş verir, balansın yekunu
(aktivi) dəyişilmir.
Məsələn: Müəssisənin anbarından istehsalata 32000
manat məbləğində material buraxılmışdır.
Dt Kt
istehsalat material 32000 man.
|