Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə58/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   152
2016-2447

 
98 
 
nın ümumilikdə yerinə yetirilməsini xarakterizə edən 
göstəricilər əldə etməyə imkan verir. 
Müəssisələrdə təchizat şöbəsinin vəzifələri və 
təşkilati prinsipləri aşağıdakılardır: 

maddi ehtiyyatlara olan tələbatın planlaşdırılması 
və onun istehsalla əlaqələndirilməsi; 

maddi nemətlərin , ehtiyyat normativlərinin hazır-
lanması;

malgöndərənlərin axtarışı və təklif edilən variant-
ların araşdırılması; 

keyfiyyət, qiymət, ödəmə şərtləri və digər meyarları 
özündə əks etdirən müqavilələrin bağlanması; 

müəssisənin normal fəaliyyəti üçün malsatanlardan 
vaxtında və kompleks şəkildə keyfiyyətli maddi ehtiy-
yatların əldə edilməsi; 

bütün ehtiyyatların təsdiq edilmiş normaya uyğun 
istiqamətlənməsinə nəzarətin həyata keçirilməsi; 

anbar təsərrüfatının işinin səmərəli təşkili və s. 
 
Mühasibat uçotu təchizat və satış prosesini əks etdir-
məklə istehsal vasitələrinin əldə edilməsi, məhsulların sa-
tışı və əməyin ödənilməsi xərclərini əhatə edir.
 
8.2. İstehsal prosesinin həyata keçirilməsi
İstehsal prosesi - 
əmək əşyalarının hazır məhsula 
çevrilməsidir. Bu zaman istehsal prosesi üç əsas şərt vasi-
təsilə həyata keçirilir: insan əməyi, əmək əşyaları və əmək 
vəsaitləri. İstehsal prosesinin məqsədi istehsalı daima yeni 
sifarişlərlə təmin edərək mənfəət əldə etməkdən ibarətdir. 
İstehsal prosesinin uçotu özlüyündə məhsulun hazır-
lanması üzrə əməliyyatların məcmusunu təşkil edir. Məh-


Mühasibat uçotu A.H.Əliyeva 
 
99 
 
sulun hazırlanması ilə əlaqədar olan məsrəflərə istehsal 
prosesində iştirak edən fəhlələrin əmək haqqı, məhsulun 
hazırlanmasına sərf edilən əmək əşyalarının dəyəri, isteh-
sal prosesində iştirak edən əmək vəsaitinin köhnəlməsi və 
s. daxildir. Bundan əlavə, istehsal müəssisələrində istehsa-
lın idarə edilməsi və ona xidmət göstərilməsi ilə əlaqədar 
bir sıra xərclər də baş verir. Bu cür xərclərə idarə və
xidmətedici heyətin əmək haqqı, ümumistehsalat və 
ümumtəsərrüfat ehtiyaclarına sərf edilmiş əmək əşya-
larının dəyəri, habelə ümumi təsərrüfat binalarının və baş-
qa əmək vəsaitlərinin köhnəlməsi (amortizasiyası), poçt, 
teleqraf, dəftərxana, binaların qızdırılması və s. xərclər 
daxildir. Bütün bu məsrəflərin cəmi hazırlanan məhsulun 
istehsal maya dəyərini təşkil edir. Deməli, istehsal 
prosesinin mühasibat uçotu bir tərəfdən məhsulun 
istehsalına sərf olunan məsrəfləri, digər tərəfdən isə hazır 
məhsul buraxılışını əks etdirməlidir. 
Bir qayda olaraq istehsal prosesinin fasiləsizliyi təc-
hizat prosesi ilə müşayiət olunur və bu da istehsal olun-
muş hazır məhsulun satışının təşkil edilməsinə şərait yara-
dır. Yeni yaradılmış məhsulun dəyəri istifadə olunmuş 
istehsal vasitələrindən və işçi əməyi ilə yaranan yeni də-
yərdən ibarətdir. Mühasibat uçotu istehsal prosesini (gös-
tərilən xidməti) qeyd edərək istehsal məsrəflərini və isteh-
sal məhsullarını (hazır məhsulları) əks etdirir. Mühasibat 
uçotu istehsal vasitələrinin və işçi qüvvəsinin məsrəflərini 
əks etdirməklə istehsalın istehlakını əhatə edir. İstehsal 
müəssisələrinin məhsul istehsal etməkdə məqsədi onu 
satmaq və gəlir əldə etməkdən ibarətdir. 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin