Mühasibat uçotu A.H.Əliyeva
100
8.3. Satış prosesinin uçotunun sənədləşdirilməsi
Məhsul, malalanlarla bağlanmış müqavilələrə
əsasən
satılır. Məhsulun satışı planını və müqavilələrin yerinə ye-
tirilməsini öyrənərkən mütləq satılmış məhsulun maya
dəyəri müəyyən edilməlidir. Satılmış məhsulun tam maya
dəyəri həmin məhsulun istehsal
maya dəyərindən və sa-
tışla əlaqədar xərclərin cəmindən ibarətdir. Satış ilə əla-
qədar
xərclərə nəqliyyat, reklam xərcləri, satış
yerində
məhsulun saxlanma xərcləri və başqa xərclər aiddir. Satış
ilə əlaqədar olan xərclərə
kommersiya xərcləri
deyilir. Ha-
zır məhsulun tam maya dəyərini təyin etmək üçün onun
plan maya dəyərindən plan (normativ) maya dəyərinə qar-
şı kənarlaşmanı çıxıb (qənaət olduqda),
yaxud əlavə edib
(artıq xərc olduqda) alınan nəticənin üzərinə satışla əla-
qədar olan xərcləri (kommersiya xərclərini) əlavə etmək
lazımdır. Müəssisələrdə kommersiya
xidmətinin nəzdində
zamanın tələbinə cavab verən mükəmməl satış şöbəsinin
mövcudluğu zəruridir.
Satış şöbələrinin vəzifələri və təşkilati prinsipləri
aşağıdakılardır:
müəssisənin satış fəaliyyətini planlaşdırmaq;
satılacaq məhsulun miqdarı, çeşidi,
quruluşu, satış
müddətləri haqqında məlumatlar əldə etmək;
istehsalçılarla vaxtında müqavilə bağlamaq;
istehsal olunmuş məhsulun satışını təşkil etmək;
hazır məhsulu razılaşdırılmış formada vaxtında kə-
miyyət və keyfiyyətcə istehlakçılara çatdırmaq;
müəssisə anbarlarında hazır məhsul ehtiyyatlarını
müəyyənləşdirmək və s.