Mühasibat uçotu A.H.Əliyeva
102
5.Alıcının (ödəyicinin) bankı tədiyyə tapşırığını mal
göndərənin bankına göndərir və pul vəsaitini onun hesab-
laşma hesabına köçürür.
6.Malgöndərənin bankı ödənən məbləğin pulu alanın
hesablaşma hesabına yatırıldığı haqda çıxarışı ona təqdim
edir.
Məhsul satışının həyata
keçirilməsində mühasibat
uçotu qarşısında
satılmış məhsulun maya dəyərini müəy-
yən etmək, satılmış hazır məhsul üzrə hesablaşmalar apar-
maq, məhsul satışından əldə olunan mənfəət və yaxud zə-
rəri müəyyən etmək kimi vəzifələr durur. Müəsisənin əsas
fəaliyyəti
dairəsində istehsal edilən, yerinə yetirilən,
yaxud
göstərilən iş, xidmət «Məhsul (iş, xidmət) satışı»
hesabında müəyyən edilir. Həmin hesabda satışdan daxil
olan məbləğlə satılmış
məhsulun tam maya dəyəri
arasındakı fərq müəssisənin maliyyə nəticəsini - mənfəət
və ya zərəri təşkil edir. «Məhsul (iş, xidmət) satışı»
hesabının kredit dövriyyəsi
onun debet dövriyyəsindən
çox olan hallarda həmin çox hissə son nəticənin mənfəətlə
başa gəlməsini göstərir və bu əməliyyat uçotda aşağıdakı
kimi əks etdirilir:
Dt Kt
Məhsul (iş, xidmət) satışı» «Mənfəət və zərər»
Satışdan zərər əldə edildikdə «Mənfəət və zərər» he-
sabının debeti «Məhsul (iş, xidmət) satışı» hesabının kre-
diti ilə müxabirləşməklə uçotda əks etdirilir. Beləliklə, gö-
ründüyü kimi «Məhsul (iş, xidmət) satışı» hesabı məh-
sulların, malların, yerinə yetirilmiş işlərin və göstərilmiş
xidmətlərin satışı prosesi haqqında məlumatları ümumiləş-
dirmək və onların satışından əldə edilən maliyyə nəticəsini