Mühasibat uçotu A.H.Əliyeva 103 müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Bu hesab
qeyd edildiyi kimi məhsul satışının tam maya dəyərini və
satışdan əldə edilən pul vəsaitlərini əks etdirir.
Satılan məhsulların analitik uçotu ayrı-ayrı məhsullar
və məhsul qrupları üzrə ayrılıqda aparılır. Bu qayda uço-
tun operativliyini və analitikliyini yüksəltməklə hər bir
məhsul qrupu üzrə rentabellik səviyyəsini hesablamağa
imkan yaradır. Əsas vəsaitlərin satışı və sair xaric olma-
larının nəticələri «Əsas vəsaitlərin satışı və sair xaricol-
maları», digər aktivlərin satışının nəticələri isə «Sair ak-
tivlərin satışı» hesablarında əks etdirilir. Müəssisənin əsas
vəsaitlərinin və sair aktivlərinin satışından əldə olunan
mənfəət və ya zərər ilk, satış və ya qalıq dəyəri arasındakı
fərq kimi müəyyən edilir.
Məhsul satışından əldə edilən pul vəsaitinin, təyin
edilmiş bütün dövlət vergilərinin ödənilməsi üçün mənfə-
ətdən verilmiş avans məbləğindən artıq qalan hissəsi
müəssisənin sərancamında qalan mənfəət hesab edilir.
Satış prosesinin uçotunun köməyi ilə məhsul satı-
şından əldə olunan maliyyə nəticələri (mənfəət və yaxud
zərər) müəyyən edilməlidir. Satış əməliyyatlarının yekun
(mənfəət və ya zərər) göstəriciləri ilk növbədə satışla
əlaqədar hesablarda ayrı-ayrılıqda əks olunur və sonra
ümumi məbləğ mənfəət və zərər hesabına köçürülür. Bu-
nunla əlaqədar olaraq mühasibat uçotunda «Məhsul (iş,
xidmət) satışı», «Əsas vəsaitlərin satışı və sair xaricolma-
ları» , «Sair aktivlərin satışı» adlı xüsusi hesablardan isti-
fadə olunur. Satış hesabları hər ayın sonunda bağlanır və
heç bir qalığa malik olmurlar.