Mühasibat uçotu A.H.Əliyeva
119
9.6. İnventarlaşmanın nəticələrinin müəyyən
edilərək uçotda əks etdirilməsi və tənzimlənməsi
Material dəyərlilərinin yoxlanmasının
nəticəsi, də-
yərlilərin tam adı, preyskurant üzrə sıra nömrəsi, növü,
miqdarı, qiyməti və ümumi məbləği göstərilməklə inven-
tarlaşma siyahı aktına yazılır. İnventarlaşma siyahı-aktı
mürəkkəb yaxud kimyəvi karandaşla dəqiq və aydın
yazılmalı, doldurulmamış sətirlər qalmamalı, hər səhifədə
belə hal olarsa boş qalmış həmin hissələr xətlənməli, eləcə
də aparılmış yazılışlarda
nəzərdə tutulmayan qaydada
düzəliş aparılmasına yol verilməməlidir. Siyahıda səhvlər
olduqda onlar korrektura üsulu ilə düzəldilməlidir.
İnventarlaşma siyahıları bütün inventarlaşma komis-
siyasının üzvləri və maddi
məsul şəxs tərəfindən imza
edilməlidir. Siyahıya imza edərkən maddi məsul şəxs aşa-
ğıdakı: “Məlum inventarlaşma siyahısında adları çəkilən
dəyərlilər komissiya tərəfindən miqdar ifadəsində (natural
formada) mənim iştirakımla yoxlanılmış və siyahıya daxil
edilmişdir, bununla əlaqədar inventarlaşma komissiyasına
heç bir etirazım yoxdur. Siyahıda
göstərilən bütün dəyər-
lilər mənim məsiliyyətimdə saxlanılır” məzmununda yazı-
lı arayış verməlidir. Zəruri hallarda maddi məsul şəxs in-
ventarlaşmanın nəticəsinə
görə mübahisə aparmaq hüqu-
quna malikdir. Ziddiyyət yarandıqda maddi məsul şəxs in-
ventarlaşma qurtardıqdan sonra müvafiq sənədləri əlavə
etməklə növbəti gündən
gec olmayaraq inventarlaşma
komissiyası sədrinin adına ərizə ilə müraciət etməlidir.
Aktivlərin və öhdəliklərin
inventarizasiyası zamanı,
onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından