Mühasibat uçotu A.H.Əliyeva
126
FƏSİL X.
MÜHASİBAT (MALİYYƏ) HESABATI
10.1. Maliyyə hesabatının
mahiyyəti və vəzifələri
Maliyyə hesabatı
-
müəssisə
fəaliyyətinin
maliyyə
vəziyyətini
əks etdirən göstəricilər sistemidir.
Maliyyə hesabatları müəssisə tərəfindən həyata keçi-
rilən əməliyyatların və maliyyə
vəziyyətinin strukturlaş-
dırılmış maliyyə təqdimatıdır. Maliyyə hesabatlarının
məqsədi müəssisəyə
operativ rəhbərlik etmək və onun ge-
niş saylı istifadəciləri tərəfindən iqtisadi qərarların
qəbul
edilməsi üçün mühasibat uçotu subyektinin maliyyə vəziy-
yəti, fəaliyyətinin nəticələri və maliyyə vəziyyətindəki də-
yişikliklər haqqında məlumatların təqdim edilməsidir.
Maliyyə hesabatı aşağıdakı vəzifələri həyata
keçirir:
müəssisənin
əmlak və maliyyə vəziyyətini,
kredit qabiliyyətli olmasını müəyyənləşdirir;
investor və kreditorlara lazım
olan obyektiv
informasiyaları təqdim edir;
müəssisənin öhdəlikləri (qısa və uzunmüd-
dətli kredit və borc vəsaitləri) üzrə tam və vaxtlı - vaxtında
hesablaşma aparır;
tez və çətin satılan aktivləri müəyyən edir;
əsas və dövriyyə
vəsaitlərindən düzgün isti-
fadə etməyə imkan verir;