10.5. Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri Maliyyə hesabatlarında təqdim olunan informasiyanı
istifadəçilər
üçün daha yararlı edən keyfiyyət
xüsusiyyətləri ayrı-ayrılıqda müvafiq amillə təcəssüm olu-
nur.
Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri
aşağıdakı kimi qruplaşdırılır:
Mühasibat uçotu A.H.Əliyeva 139
Münasiblik
Əhəmiyyətlilik
Etibarlılıq
Düzgün təqdimat
Mahiyyətin formadan üstünlüyü
Neytrallıq
Ehtiyatlılıq
Tamlıq
Müqayisəlilik
Ardıcıllıq
Anlaşıqlılıq Anlaşıqlılıq: Maliyyə hesabatlarında təqdim olunan
informasiyanın
mahiyyəti
istifadəçilər
tərəfindən
anlaşılmalıdır. Eyni zamanda, istifadəçilər Büdcə Təşki-
latları üçün Milli Mühasibat Uçotu Standartları haqqında
zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qə-
dər dərindən öyrənməyə hazır olmalıdırlar. Lazımi
informasiya mürəkkəbliyinə görə istifadəçilər tərəfindən
anlaşılmaması səbəbindən maliyyə hesabatlarından çıxa-
rılmamalıdır.
Müqayisəlilik: İstifadəçilər üçün maliyyə hesabatları
arasında müvafiqliyi və fərqliliyi müəyyən etmək və
qiymətləndirmək
imkanını
yaradan
informasiya
müqayisəli hesab olunur. İstifadəçilər tərəfindən dövlət
büdcəsindən maliyyələşən təşkilatın müxtəlif dövrlərə aid
olan maliyyə hesabatlarının və ayrı-ayrı təşkilatların
maliyyə hesabatlarının müqayisə edilə bilməsi üçün
təşkilatların maliyyə vəziyyətindəki və fəaliyyətlərinin