Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə88/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   152
2016-2447

 
 
 
 
 
 
 
 
 


Mühasibat uçotu A.H.Əliyeva 
 
145 
 
FƏSİL XI 
MALİYYƏ UÇOTUNUN ƏSASLARI 
 
11.1.
Maliyyə uçotunun iqtisadi mahiyyəti və məqsədi 
 
Maliyyə uçotu

təsərrüfat subyektlərinin aktiv və 
öhdəliklərinin, 
kapitalının, bütün maliyyə-təsərrüfat 
fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, 
fasiləsiz, sənədləşdirilmiş və mühasibat registrlərində 
qarşılıqlı əlaqələndirilmiş şəkildə qaydaya salınması 
sistemini özündə əks etdirir.
Maliyyə uçotunun aparılması “Mühasibat uçotu haq-
qında” qanun və bu sahədə müvafiq icra orqanının təsdiq 
etdiyi digər normativ aktlarla tənzimlənilir. Maliyyə uço-
tunun aparılması məcburi xarakter daşıyır və onun apa-
rılması reqlamentləşdirilir. Odur ki, ölkəmizdə fəaliyyət 
göstərən bütün növ müəssisələr, sahibkarlar gəlirlə və ya 
gəlirsiz işləməyindən asılı olmayaraq maliyyə uçotu apar-
mağa borcludurlar.
Maliyyə uçоtunun informasiya istifadəçiləri müəs-
sisə ilə müəyyən münasibətdə olan hüquqi və fiziki şəxs-
lərdir. Belə ki, maliyyə uçоtu infоrmasiyalarından müəs-
sisə və şirkətlərin mühasibləri ilə yanaşı mеnеcеrlər, 
mülkiyyət sahibləri, invеstоrlar, bank mütəхəssisləri, hü-
quqşünaslar, kreditorlar, vergi orqanları, səhmdarlar və s. 
gеniş istifadə еdirlər.
Maliyyə uçotu ümumi qəbul olunmuş qaydada mü-
hasibat uçotunun norma və standartları əsasında aparılır. 
Bu, xarici istifadəçilərə informasiyaları uçot məlumatları 
ilə tutuşdurmağa və müqayisə etməyə imkan verir. 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin