11.4.
Mühasibat uçotunun metodoloji əsasları
Ümumi halda maliyyə uçotu müəssisə fəaliyyətinə
nəzarət və verginin hesablanması üçün dövlətə lazımdır,
həmçinin investorlar üçün vahid informasiya sahəsinin
yaradılması üçün lazımdır. Buna görə hər hansı dövlət ma-
Mühasibat uçotu A.H.Əliyeva
155
liyyə uçotunun metodologiyasını qaydaya salır və hesaba-
tın hazırlanmasına nəzarət edir.
Mühasibat uçotunun metodoloji əsaslarını
bu sa-
həni tənzimləyən normativ sənədlər təşkil edir. Mühasibat
uçotunun metodoloji əsaslarını əks etdirən normativ
sənədləri iki hissəyə ayırmaq olar:
I - mühasibat uçotunun metodoloji əsaslarını təyin
edən və bu sahəni tənzimləyən əsas sənəd olan “Mühasi-
bat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu.
II-“Mühasibat uçotu haqqında” qanunu daha da
konkretləşdirən Mühasibat uçotunun milli, beynəlxalq,
büdcə təkilatları üzrə və qeyri-hökumət təşkilatları üzrə
standartları və digər normativ aktları. Sənədlərdə bu
normativ aktların metodologiyasına əməl olunması
məcburi xarakter daşıyır. “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının qanunu mühasibat uçotunun
metodoloji əsaslarını ümumi olaraq müəyyən edir,
mühasibat uçotu standartları digər normativ aktlar isə
mühasibat uçotunun ayrı-ayrı konkret sahələri üzrə
metodoloji əsasları təyin edir.
Mühasibat uçotunun metodiki əsaslarını Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi,
Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və digər müvafiq orqanlarının təsdiq etdiyi
təlimat, qayda və göstərişlər müəyyən edilir ki, onlar da
mühasibat uçotunu tənzimləyən normativ aktlardan fərqli
olaraq məsləhət xarakteri daşıyır.
|