Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə96/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
156 
 
FƏSİL XII 
İDARƏETMƏ UÇOTUNUN NƏZƏRİ ƏSASLARI 
 
12.1. İdarəetmə uçotunun iqtisadi mahiyyəti, vəzifələri 
və təşkili 
 
İdarəetmə uçotu
– cari istehsalat-təsərrüfat 
fəaliyyətinin təkmilləşməsi üzrə optimal idarəetmə qərar-
larının qəbul edilməsi üçün lazımi informasiyaların top-
lanaraq işlənilməsini
 
həyata keçirən uçotdur. İdarəetmə 
uçotunun aparılması heç bir normativ aktlarla 
tənzimlənmir, onun aparılıb-aparılmamasını müəssisə 
sərbəst müəyyən edir. İdarəetmə uçotunun məlumatları 
yalnız daxili istifadə üçün nəzərdə tutulub. İdarəetmə uço-
tunun məqsədi müəssisə rəhbərini lazımi informasiya ilə 
təmin etməkdir.
 
İstehsal prosesində idarəetmə uçotunun tətbiqi iki 
mühüm istiqamətdə öyrənilir:
Bu istiqamət məhsulların maya dəyərinin idarə 
edilməsini təmin edir və ilk növbədə xərclərin səviyyəsi-


Mühasibat uçotu A.H.Əliyeva 
 
157 
 
nə nəzarətə və səmərəli uçotun təmin olunmasına səbəb 
olur. 
Məhdudlaşdırılmış maya dəyərinin formalaşması və 
bunun əsasında marjinal gəlirin müəyyən edilməsi.
Marjinal gəlir
– məhsul satışından əldə olunan gəlir-
lə dəyişən xərclər üzrə hesablanmış natamam maya dəyəri 
arasında olan fərqdir. Marjinal gəlirin tərkibinə müəssisə-
nin daimi xərcləri və mənfəət daxil edilir. Bu istiqamət isə 
idarəetmə qərarlarının hazırlanmasını yüksək səviyyədə 
təmin edir. 
İdarəetmə uçotunun təşkilində aşağıdakı mühüm 
vəzifələr həyata keçirilir: 
* kalkulyasiyanın müəyyən edilməsi, tam maya 
dəyərinin formalaşdırılması və onun əsasında mənfəətin 
müəyyən edilməsi; 
* plan göstəricilərinin, alınan nəticələrin və 
kənarlaşmanın təhlili; 
* işçilərin stimullaşdıılması; 
* müəssisə daxili smetanın (büdcənin) icrasına 
nəzarət; 

təsərrüfat 
fəaliyyətinə 
cari 
və 
sonrakı 
nəzarət,nəticələr haqqında informasiyaların təhlili;
* alternativ iş variantının axtarışı və onların optimal 
variantını seçərək həyata keçirilməsi; 
* qəbul olunan qərarların səmərəliliyinin kompleks 
qiymətləndirilməsi; 
*müəssisənin istehsal fəaliyyətinin planlaşdırılması, 
nəzarət və tənzimlənmə;



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin