Mühasibat uçotu A.H.Əliyeva
161
İdarəetmə uçotunda tətbiq olunan metodlar:
müqayisə, riyazi, indeks, iqtisadi təhlilin üsulları, maliyyə
uçotunun metodunun elementləri (sənədləşmə, ikili qeyd,
hesabların qruplaşdırılması, hesabat) və qəbul olunan
qərarların səmərəliliyinin
qiymətləndirilməsinin başa
çatdırılması.
Bu aşağıdakı elementlərdən ibarətdir: sənədləşmə,
inventarizasiya, qiymət, qruplaşdırma və ümumiləşdirmə,
nəzarətedici
hesablar, planlaşdırma, normalaşdırma,
limitləşdirmə, təhlil və nəzarət.
Sənədləşmə -
idarəetmə uçotuna tam təminat verərək
müəssisənin istehsal fəaliyyəti informasiyalarının ilkin
sənədlər və kompüterdə əks etdirilməsidir.
İnventarizasiya
– obyektin
faktiki vəziyyətinin uçot
məlumatları ilə müqayisə edilərək kənarlaşmanın (uçota
alınmamış qiymətlilərin, itkinin, əskik gəlmənin, oğurluq-
ların) müəyyən edilməsidir.
Qiymətləndirmə -
informasiyaların pul, natura, əmək
ölçü vahidində göstərilərək təxmini qiymətləndiril-
məsidir.
Qruplaşdırma və ümumiləşdirmə
- effekt məqsədilə
nəzarətedici hesablardan istifadə
olunaraq informasiyala-
rın müəyyən əlamətlər üzrə toplanaraq sistemə salınma-
sıdır.
Nəzarətedici hesab
- maliyyə və idarəetmə uçotunu
əlaqələndirən yekun hesab olmaqla uçot yazılışlarının tam
və düzgün aparılmasına imkan verir.
Planlaşdırma
– müəssisənin imkanlarına uyğun ola-
raq gələcək problemlərin həllilə
əlaqədar alternativ qərar-
ların seçilməsi prosesidir.