“Musiqi və onun tədrisi metodikası”


Artırılmış və əskidilmiş intervallar



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

 
Artırılmış və əskidilmiş intervallar
Sadə və mürəkkəb intervallar artırılmış və ya əskidilmiş ola bilər. 
İntervalın əsasını saxlayıb zirvəsini yarım ton yüksəltsək və yaxud zirvəni saxlayıb əsasını 
yarım ton bəmləşdirsək artırılmış interval alınar. Böyuk və xalis intervallardan artırılmış interval 
alınırsa, kiçik intervalı artırdıqda böyük intervalı verir. 
İntervalın əsasını saxlayıb zirvəsini yarım ton bəmləşdirsək və yaxud zirvəni saxlayıb əsasını 
yarım ton yüksəltsək əskidilmış interval alınar. Kiçik və xalis intervallardan əskidilmiş interval 
alınırsa, böyük intervalın tonunu azaltdıqda kiçik intervalı verir. 
Natural və harmonik major və minorun pillələrindən art. və əsk. intervallar qurula bilər. 
Məsələn – art.4, əsk.5, art2 əsk 7 əsk.4 və art5 
Art. intervallar əsk.intervala dönür. 
 
Lad.Qamma.
Qeyri-sabit səslərin sabit səslərə həlli sisteminə 
lad 
deyilir. 
Səslərin yüksəkliyinə görə tonikadan tonikaya qədər yuxarı və aşağı istiqamətdə ardıcıl 
düzülüşünə 
qamma
deyilir.Qammanın birinci pilləsi tonika, ikincisi aşağı aparıcı səs, üçüncüsü 
üst medianta, dördüncüsü subdominanta, beşincisi dominanta, altıncısı alt medianta, yeddincisi 
yuxarı aparıcı sıs adlanır. Qammanın I, III,V pilləsi sabit, II, IV,VI,VII qeyri-sabit səslərdir. 
Qeyri-sabit səslər sabit səslərə həll olur. II → I, IV → III, VI → V, VII → I (II → III, IV→V
həll ola bilər). Qammanın I, IV, V səsləri əsas səslər sayılır. Qalan səslər köməkçi səslər 
adlanır.


Qərb musiqisində major və minor qammaları istifadə olunur. Qammanın 3 halı var – natural, 
harmonik, melodik. 
Majorun natural halında dəyişiklik olmur. Harmonik halında yuxarı və aşağı gedərkən VI 
pillə yarım ton bəmləşir. Melodik halında yuxarı istiqamətdə dəyişiklik olmadan hərəkət edir
qayıdarkən VI və VII pillə yarım ton bəmləşir. 
Minorun natural halında dəyişiklik olmur. Harmonik halında yuxarı və aşağı gedərkən VII 
pillə yarım ton yüksəlir. Melodik halında yuxarı gedərkən VI və VII pillələr yarım ton yüksəlir
qayıdarkən natural hala düşür. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin