Akkord. Üçsəsli akkordlar
Üç və daha çox səsin tersiyalarla birlikdə və ya ardıcıl quruluşuna akkord deyilir. Üçsəsli, dörd
səsli, beş səsli akkord var.
Üç səsin tersiyalarla birlikdə və ya ardıcıl quruluşuna üçsəsli akkord deyilir. Dörd növ üç səsli
akkord var. Major, minor, artırılmış,əskidilmiş üçsəsli akkord var. Üçsəsli akkordun
birinci səsi
prima, ikinci səsi tersiya, üçüncü səsi kvinta adlanır. Üçsəsli akkordun iki dönməsi var.
1) sekstakkord – 6 rəqəmi ilə qeyd olunur. 2) kvartsekstakkord – 64 rəqəmi ilə qeyd olunur.
Maj.53 ton tərkibi b3+k3 Art.53 ton tərkibi b3+b3
Min.53 ton tərkibi k3+b3 Əsk.53 ton tərkibi k3+k3
Maj.53 b3+k3 Min.53 k3+b3 Art.53 b3 + b3 Əsk.53 k3
+k3
Maj.6 k3+X4 Min.6 b3+X4 Art.6 b3 + əsk4 Maj.6 k3
+art.4
Maj.64 X4+b3 Min.64 X4+k3 Art.64 əsk4+b3 Maj.64
art.4+b3
Qammanın I, IV,V pillələri əsas pillələrdir. Əsas pillələrdən T, S, D-dan
qurulan üçsəslilər əsas
üçsəslilər adlanır.
T53- I pillədən, T6- III pillədən, T64 -V pillədən qurulur.
S53 - IV pillədən, S6 -VI pillədən, S64- I pillədən qurulur.
D53 -V- pillədən, T6 -VII pillədən, T64 -II pillədən qurulur.
Əsas üçsəslilər və onların dönmələrinin ton tərkibi majorda Maj.53, minorda Min.53 və
dönmələrinin ton tərkibinə uyğundur. Minorda D53 və dönmələrinin ton tərkibi major D53 –nə
uyğundur.
Dostları ilə paylaş: