Musiqi tələbənin bədii-estetik tərbiyəsində ən yaxşı vasitədir Musiqi onun mənəvi aləmini zənginləşdirir, yaxşılığa, gözəlliyə qarşı onun münasibətini
formalaşdırır. Musiqi şagirdin təhsil dəyərlərini aşkara çıxarır və eyni zamanda milli şüurun
formalaşmasına kömək göstərir. Musiqinin, emosional xüsusiyyəti ilə yanaşı təfəkkür funksiyası
da vardır və onun tədrisi təkcə assosiasiyalı deyil, həm də məntiqi, analitik təfəkkürün inkişafına
da kömək göstərir. Bununla yanaşı, musiqi şagirdi qrupda işləməyə, intizama, qayda-qanuna
alışdırır. Bundan başqa musiqi özünün yazısına malik ünsiyyət dili kimi şagirdə istənilən
ictimaiyyətlə geniş əlaqə imkanlarını yaradır.
Musiqi tədrisinin vəzifələri Musiqinin tədrisinin məqsədi : tələbəni təhsilli, mədəni insan kimi
formalaşdırmaq, ona musiqi aləmindən müvafiq bilik verərək layiqli insan kimi yetişdirməkdir;
xalq və klassik musiqi nümunələri ilə tanışlıq əsasında tələbənin bədii-musiqi tərbiyəsidir; onu
yaradıcılıq işinə cəlb etməkdən və bunun üçün zəruri olan qabiliyyət-vərdişləri inkişaf
etdirməkdir.
Bu təhsil məqsədləri ilə əlaqədar tədrisdə aşağıdakı məsələlərin həlli nəzərdə tutulur: musiqini
dinləmək vərdişinin formalaşdırılması; musiqi əsərləri ilə əlaqədar öz şəxsi münasibətlərini və
musiqi incəsənəti üzrə mülahizələr yürütmək vərdişlərinin aşılanması; təsviri-assosiasiyalı
təfəkkürün inkişaf etdirilməsi; musiqi duyumunun və yaddaşının, ritm hissinin inkişaf
etdirilməsi; universal kommunikasiya vasitəsi kimi musiqi yazısının öyrənilməsi. Kollecdə
musiqi fənni tələbədə ümumi və qeyri-peşəkar biliyin verilməsini nəzərdə tutur. Hər bir tələbənin
fərqli musiqili göstəriciləri vardır. Bunun üçün də kursun müxtəlif istiqamətləri tələbənin şəxsi
maraqlarının inkişaf etdirilməsi və aşkara çıxarılması imkanını verir.