“Musiqi və onun tədrisi metodikası”


Melizmlər  Melodiyanı rəngləndirmək məqsədi ilə melizmlərdən istifadə olunur. Melizm kiçik melodik  bəzəklərdir  Forşlaq



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə22/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Melizmlər 

Melodiyanı rəngləndirmək məqsədi ilə melizmlərdən istifadə olunur. Melizm kiçik melodik 


bəzəklərdir 
Forşlaq
iki növdən ibarətdir: uzun və qısa. 
1.
Uzun forşlaq - əsas səsin əvvəlində kiçik not şəklində yazılır və onun uzunluğunun 
yarısına bərabər olur. 
2.
Qısa forşlaq - bir və ya bir necə qısa səsin əsas notun əvvəlində cəld ifa olunmasına 
deyilir 
 Trel
iki səsin, yəni əsas və yuxarı köməkçi səsin növbə ilə ardıcıl iti çalınmasına trel deyilir. 
Trelin ifa müddəti istündə "trel" sözü yazılmış notun əsas ölçü sayına bərabərdir. Belə işarə 
olunur -
 tr
- (notun üstündə yazılır) 
Qruppetto
bir qısa səslərdən, yəni yuxarı köməkçi səs, əsas səs, aşağı köməkçi səs və yenə 
əsas səsdən ibarət olan melizm işarəsidir. Belə işərə olunur: 
(notun üstündə və ya iki notun 
arasında yazılır) 
Mordent
yüksəkliyi eyni olan iki əsas arasında yuxarı və ya aşağı səsin cəld ifa 
olunmasına deyilir. Belə işarə olunur:
(notun üstündə yazılır) 
 


 
 
 
Dinamik işarələr
Musiqi əsərinin ifası zamanı səslərin qüvvəlilik dərəcəsi 
dinamik işarə
adlanır. 
p – (pyano) çox zəif səslə çalmaq deməkdir. 
pp – (pianissimo) p-dan daha zəif səslə çalmaq deməkdir 
ppp – (pyanopianissimo) pp-dan daha zəif səslə çalmaq deməkdir 
mp – ( metsopyano) orta-yavaş, p-dan nisbətən güclü səslə çalmaq deməkdir 
f – (forte) bərk səslə çalmaq deməkdir. 
ff – (fortissimo) f-dən daha bərk səslə çalmaq deməkdir. 
fff – (fortefortissimo) ff-dən daha bərk səslə çalmaq deməkdir. 
mf – ( metsoforte) orta-güclü, f-yə nisbətən zəif səslə çalmaq deməkdir. 
crescendo (kreşşendo) səslənmənin tədricən qüvvətləndirilməsinin göstərir 
diminuendo (diminuendo) səslənmənin tədricən zəifləndirilməsini göstərir 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin