Qədim Yunanıstanda musiqi mədəniyyəti Yunanıstan qədim dövrlərdə ən zəngin mədəniyyəti olan ölkələrdən biri idi. Yunan
mədəniyyətinin inkişafını 4 dövrə bölürlər:
Yunan mədəniyyəti hələ bizim eradan əvvəl,
X-XII əsrlərdə inkişaf etməyə başlayıb. Qazıntılar
zamanı tapılan köhnə qabların üzərində musiqiçilər və musiqi alətlərinin təsviri vardı. Bu vasitə
ilə Yunanıstanda sistr, avlos, lira və bir sıra başqa alətlərin olması öyrənilmişdir. Xalq arasında
musiqi ilə bağlı bir sıra əfsanələr yayılmışdır. Burada deyilənə görə, musiqiçilərin himayəçiləri
Allahlardır, bunlardan biri musiqiyə hamilik edən günəş və gözəllik Allahı Apollon mahnı
oxumağı ilə seçilirdi. Ona görə də, çox zaman Apollon əlində tutduğu lira ilə təsvir olunur.
Bəzən
isə Apollonu Zevsin ilahə qızları ilə birlikdə təsvir edirlər. Onları “Muzalar” adlandırırlar. Bu
muzaların üçü musiqi ilahələridir. Onların adları- Evterpa, Terpsixora və Eratadır.
Yeni eradan əvvəl
XII-VIII əsrlərdə məşhur şair Homerin eposları, o cümlədən, “Odisseya” və
“İlliada”da musiqi haqqında da müəyyən məlumat verilir. Məsələn, buradakı mahnılarda qulların
ağır həyatı və zəhmət prosesi təsvir edilir. Homerin dövründə qəhramanlıq eposları da əmələ
gəlmişdir. Qəhrəmanlıq eposu matəm mahnıları-ağılardan əmələ gəlmişdir.
Yeni eradan əvvəl
VII əsrdə Yunanıstanın ədəbiyyat və musiqisində lirika inkişaf edir. Lirik
musiqi dedikdə o dövrdə musiqinin müşayiəti ilə deklamasiya şəklində şeir deyilməsi nəzərdə
tutulurdu. Yunanlar musiqinin tərbiyəedici qüvvəsini nəzərdə tuturdular, yunanlar etos elmində
musiqiyə çox yüksək qiymət vermişlər, onların zənnincə, musiqi insanları tərbiyə edə bilər, nizama
gətirə bilər və əksinə, lazım olduqda nizamsızlıq da törədə bilər. Bu dövrdə Yunan musiqisində
əmələ gələn yeni xüsusiyyətlərin biri də musiqi yaradıcılığının ifaçılıqdan ayrılmasıdır. Artıq
musiqinin müəllifi və ifaçısı olur. Bunun nəticəsində yunan musiqi elmi də inkişaf edir. Musiqi
sahəsində işləyən alimlərdən Aristoksenin adını qeyd etmək lazımdır. O, lad, not yazısı haqda bir
sıra nəzəri-fəlsəfi əsərlərin müəllifidir.
Qədim Yunan faciəsi operanın yaranması üçün özül rolunu oynamış, onun inkişafına böyük
təsir göstərmişdir.