“Musiqi və onun tədrisi metodikası”


Orta əsrlərdə not sisteminin meydana çıxması



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə27/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

 Orta əsrlərdə not sisteminin meydana çıxması 
Orta əsrlərdə dövrün gedişatı not yazısının meydana gəlməsi zərurətini aşkara çıxarır. Antik 
mədəniyyətin və orta əsrlərin erkən şəraitində əlifba (lat.- alfavit) yazıları geniş yayılır. 
Çoxsəsliliyin inkişafı ilə əlaqədar yeni not yazısınını yaranmasına böyük ehtiyac vardı.
Orta əsrlərdə əsas not yazısı nevma yazıları idi. Tarixçilərin zənnincə, nevma yazıları 
təxminən IX-X əsrlərdə Bizansda meydana gəlmişdi.. O dövrdə dirijorun əlinin hərəkəti 
melodiyanın hərəkətini göstərirmiş. (Nevma sözünün mənası yunan dilində əlin hərəkəti 
deməkdir.) Nevmanın iki cür növü olur. Onlar ştrix və reza mənasında işlənir. Ştrix yazıları 
diatonik melodiyalar, reza isə xromatik melodiya üçün işlənilirdi. 
Nevma yazılarında bir baxışla fərqlənməni görmək olmurdu, not yazılarının yüksəkliyi 
müğənnilər tərəfindən təxminən təyin edilirdi. Bununla belə həmin dövr üçün nevma yazısı 
proqressiv idi. Qriqorian xorallarını yazmaq üçün yüksəkliyi qeyd etmək o qədər də vacib deyildi. 
Ona görə də, nevma yazıları o zamankı tələbatı təmin edirdi, sonralar isə təxminən XI əsrdən 
başlayaraq, bir sıra musiqiçilər not yazısı sahəsində islahat aparmağa başlayır.Məsələn hərflər 
sistemindən (hərflər latın hərfləri idi - a, b, c, d) istifadə olunurdu ki, not yazısında ritmikanı 
göstərmək mümkün olmurdu.
Melodiyanın hərəkətini göstərmək üçün 8-9 xətdən istifadə edilirdi, bu xətlərin arasında notlar 
tetraxordlarla yazılırdı. Nəticədə bir not bir neçə xətdə yazıla bilərdi. 
Böyük dəyişikliyi, əsl islahatı XI əsrdə italiyalı musiqi nəzəriyyəçisi Qvido Aretso edir. Qvido 
not sətrinə iki yeni xətt də əlavə edərək, not sətirində xəttlərin sayını dördə qaldırır. Səslərin 
yüksəkliyini və uzunluğunu dəqiq göstərmək mümkün olurdu. XIV əsərdə dörd xəttə daha bir üfiqi 
xətt əlavə olundu. 
Hal-hazırda alt və üst əlavə xətlər, skripka, bas, do açarlarında not yazısına əsaslanan yazı 
sistemi istifadə olunur. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin