Sadə 3 hissəli forma Sadə 3 hissəli forma elə bir formadir ki, I hissə period formasında yazılır.II hissə-orta hissə ya
perioddur, yada ümumi orta işlənmə xarekterli cümlə- quruluşdur.III hissə I hissəni təkrarlayır-
repriz adını daşıyır.
I hissə II hissə III hissə- repriz
period period və ya orta xaraterli quruluş period
a b a
Sadə 3 hissəli formada təkrar hissələr (I və III ) oxşar olur.Həmçinin orta hissə tematik
cəhətdən kənar hissələrlə əlaqəli ola bilər yəni əsas tonallıqda bitər. Hissə daxilində isə köməkçi
tonallığa modulyasiya oluna bilər. Həcm baxımından daha böyük olur. İşlənmə xarakterli orta
hissə bir cümlə və yaxud period olur, hətta həcmcə kənar hissələrdəndə böyük ola bilər.
Sadə üç hissəli fotmada prelüd, etüd və digər kiçik həcmli əsərlər yazıla bilər. Sadə üç hissəli
formada daha mürəkkəb formaların – mürəkkəb üç hissəli, rondo və ya variasiya kimi formaların
hissələri yazıla bilər.
Mürəkkəb 3 hissəli forma Murəkkəb 3 hissəli forma ele bir formadır ki, kənar hissələri ( 1-3 hissələri) tematik cəhətdən
oxşar olur.Kənar hissələr ya sadə
2 hissəli formada, ya da sadə
3 hissəli formada yazılır.
Mürəkkəb 3 hissəli formanın orta hissəsi ( yəni 2-ci hissə) kənar hissələrə təzad olur. Mürəkkəb
3 hissəlinin orta hissəli ya
sadə 2 hissəli ya da
sadə 3 hissəli , həmçinin period formasında
yazıla bilər.Adətən orta hissə kənar hissələrdən obraz və məzmununa, əhvalına, ifadə
vasıtələrinə (faktura,tonallıq, tembir) görə kəskin fərqlənir.
Mürəkkəb 3 hissəli forma
I hissə II hissə-trio III hissə- repriz
Sadə 2 hissəli period və ya sadə 2 hissəli Sadə 2 hissəli
Sadə 3 hissəli Sadə 3 hissəli Sadə 3 hissəli
variasiya variasiya
A B A
1