Az
ərbaycanın xalq musiqi yaradıcılığı
Azərbaycan musiqi mədəniyyətinin tarixi çox qədimdir. Gəmiqaya və Qobustan qayaüstü
rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında
zəngin məlumat verir. Hələ
XIII əsrdə Səfiəddin Urməvi, sonralar isə onun davamçıları
Azərbaycan musiqisinin nəzəri məsələlərini araşdırmış, musiqimizin səs sistemi, ladları, musiqi
alətləri haqqında dəyərli əsərlər yazmışlar. Bu nadir elmi əsərlər dünyanın bir sıra dillərinə tərcümə
edilmiş, Şərqin və Qərbin böyük tədqiqatçıları və musiqişünaslarının marağına səbəb olmuşdur.
Azərbaycan musiqisi – millətin bənzərsizliyini təyin edən incəsənət sahələrindən biridir.
Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsuz ənənələrin çoxəsrlik tarixi
formalaşma prosesinin və inkişafının nəticəsidir. Azərbaycan musiqi
mədəniyyətinin şifahi
ənənələri iki böyük qolda təmsil olunur: birincisi mahnı və rəqslərdən ibarət folklor, ikincisi isə
peşəkar musiqidi ki, bunada muğam sənəti və aşıq yaradıcılığı aiddir. Birinci qolun yaradıcıları
qeniş xalq kütlələridir. Muğamları və aşıq sənətini isə yüksək peşəkarlar yaratmışlar.
Hər iki qol yazısız incəsənətə aiddir, XX əsrin əvvəlinədək şifahi xarakter daşıyırdı.
Azərbaycan mədəniyyəti çoxəsrlik, qədim mədəniyyətlər sırasına aiddir. Burada mühüm yeri
zənqin və orijinal musiqi sənəti tutur. Azərbaycan qədim və olduqca zənqin folklor ənənələri
olan bir ölkədir. Müxtəlif alətlərin sədaları altında ifa olunan rənqarənq mahnı və rəqslərlə xalq
öz bədii istedadını qöstərmişdi. Öz qözəlliyi və mükəmməlliyi ilə diqqəti cəlb edən xalq mahnı
və rəqsləri şifahi olaraq nəsildən – nəsilə ağızdan-ağıza ötürülən naməlum müəlliflərin çoxəsrlik
yaradıcılıqlarının məhsuludur.
Dostları ilə paylaş: