məqam əsasını təşkil edir. Şahnaz, Sarənc, ikinci növ Çahargah isə əlavə məqamlardır. Rast ladı 1ton -1ton- 0,5ton formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Rast»
ladının səsqatarını əmələ gətirir.Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın
mayəsidir.Əsas Azərbaycan ladlarından «Rast»ı əmələ gətirmək üçün hər hansı bir tondan 1ton -
1ton- 0,5ton formulu üzrə tetraxord qurmaq lazımdır. Sonra buna birinci (qovuşuq) birləşmə
üsulu ilə bir yuxarıdan və bir də aşağıdan bərabər tetraxordlar birləşdirilməlidir. Əmələ gələn
səsqatarlarında orta tetraxordun birinci pərdəsi «mayə» adlanıb ladda tonika vəzifəsini görür:
birinci oktavadakı do mayəli «Rast» ladı:
Şur ladı 1ton - 0,5ton -1ton formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Şur»
ladının səsqatarını əmələ gətirir.Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın mayəsidir
Əsas Azərbaycan ladlarından «Şur»u əmələ gətirmək üçün 1ton - 0,5ton -1ton formulu üzrə
tetraxord qurmaq lazımdır. Bu tetraxordun birinci pərdəsi «Şur» ladının mayəsi olacaqdır. Sonra
buna birinci (qovuşuq) birləşmə üsulu ilə bir yuxarıdan və bir də aşağıdan bərabər tetraxordlar
birləşdirilməlidir; məsələn: birinci oktavadakı re mayəli «Şur» ladı:
Segah ladı 0,5ton -1ton -1ton formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Segah»
ladının səsqatarını əmələ gətirir.Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın mayəsidir
Əsas Azərbaycan ladlarından «Segah»ı əmələ gətirmək üçün 0,5ton -1ton -1ton formulu üzrə
tetraxord qurmaq lazımdır. Bu tetraxordun birinci pərdəsi «Segah» ladının mayəsi olacaqdır. Sonra
buna birinci birləşmə üsulu ilə bir yuxarıdan və bir də aşağıdakı bərabər tetraxordlar
birləşdirilməlidir; məsələn: birinci oktavadakı mi mayəli «Segah» ladı: