Hümayun ladı
0,5ton -1ton - 0,5ton formulu üzrə qurulmuş və orta ton vasitəsilə birləşmiş iki bərabər
tetraxord
«Hümayun»
ladının səsqatarını əmələ gətirir.
Bu ladın səsqatarında iki mayə vardır. Onlardan birincisini alt tetraxordun, dördüncü pərdəsi
ikincisini isə üst tetraxordun dördüncü pərdəsi əmələ gətirir.
Əsas Azərbaycan ladlarından «Hümayun»u əmələ gətirmək üçün
0,5ton -1ton - 0,5ton
formulu üzr
ə tetraxord qurub, ona dördüncü üsul ilə (orta ton vasitəsilə) yuxarıdan
bərabər tetraxord birləşdirilməlidir. Bu ladın iki mayəsi vardır ki, bunlar
alt və üst
tetraxordların dördüncü pərdəsindən ibarətdir.Birinci oktavadakı
do
və
lya
mayəli
«Hümayun» ladı
:
Əlavə ladlar
Səsqatarları quruluşca bərabər olmayan tetraxordların birləşməsindən əmələ gələn ladlara əlavə
ladlar deyilir.
Azərbaycan musiqisində aşağıdakılar əlavə ladlar hesab olunur: 1) ikinci növ «Çahargah», 2)
«Şahnaz», 3) «Sarənc».
Əlavə «Şahnaz» ladı səsqatarının quruluşu
«Şahnaz» ladının səsqatarında 1ton -1ton- 0,5ton
formulu üzrə qurulmuş əsas tetraxordla 0,5ton-
1,5ton - 0,5ton formulu üzrə qurulmuş artırılmış sekundlı tetraxordla ayrı üsul ilə(yanaşı)
birləşdirilir:
1ton -1ton- 0,5ton +1 ton+ 0,5ton-1,5ton - 0,5ton
8 pərdədən ibarətdir, Mayəsi IV pərdəyə düşür.
İkinci növ «Çahargah» ladı səsqatarının quruluşu
İkinci növ «Çahargah» ladı səsqatarının
quruluşu
1ton -1ton- 0,5ton formulu üzrə qurulmuş
tetraxord 0,5ton-1,5ton - 0,5ton
formulu üzrə qurulmuş tetraxordla qovuşuq birləşdirilsə
(zəncirvari birləşmə), o zaman ikinci növ «Çahargah» ladının səsqatarı alınar:
1ton -1ton- 0,5ton + 0,5ton-1,5ton - 0,5ton
Səs qatarının tam olması üçün birinci tetraxord bir oktava yuxarıda səslənir. 11 pərdədən ibarət
olan bu ladda IV pərdə mayedir.
|