Asəf Zeynallı (1909 – 1932) 1920-ci illərin axırı – 30 – cu illərin əvvələrində Azərbaycan musiqisinin və milli
bəstəkarlıq məktəbinin inkişafında A.Zeynallının böyük rolu olmuşdur. O, konservatoriyanı
bitirən ilk Azərbaycanlı bəstəkardır. O, milli musiqi mədəniyyətində kamera – instumental
musiqinin, simfonik musiqinin rüşeymlərinin əsasını qoymuş, milli musiqimizin inkişafinda
əlindən gələni əsirgəməmişdir. A.Zeynallı öz yaradıcılığında xalq mahnılarının toplanmasına, nota
salınmasına və işlənməsinə xüsusi əhəmiyyət vermişdir.
Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə anadan olmuşdur. İlk təhsilini
Dərbənd real musiqi məktəbində (klarnet sinfi üzrə), sonra isə Bakıda almışdır. 1923-cü ildə Bakı
musiqi texnikumunda təhsil alan Zeynallı 1926-cı ildə konservatoriyaya əvvəl orkestr sinfinə,
sonra isə bəstəkarlıq fakültəsinə daxil olur.
Təhsil illərində bəstəkar Ü.Hacıbəylinin rəhbərliyi altında Azərbaycan xalq musiqisinin
əsaslarını dərindən öyrənir ki, bu da bəstəkarın bir sıra əsərlərində özünü büruzə verir. Belə ki,
A.Zeynallı bu əsərlərdə xalq mahnı intonasiyalarından bəzən sitat şəklində, bəzən isə yaradıcılıq
fantaziyası ilə istifadə edir: “Şikəstə” (Orkestr üçün xor), “Çahargah”, “Durna” (f- no üçün),
skripka və f –no üçün “Muğamsayağı”, “Qoyunlar” (violonçel üçün) əsərləri bu qəbildəndir.
20-ci illərin sonunda A.Zeynallı Azərbaycan Satiraqitteatrında musiqi hissəsinin müdiri
vəzifəsində çalışır. Az müddət ərzində o, C.Cabbarlının “Hindistan qızı”, “Sevil”, A.Yankovskinin
“Qəzəb” pyeslərinə musiqi bəstəyir.
Konservatoriyanı bitirdikdən sonra bəstəkar iri həcmli əsərlər üzərində işləiyr. Bu illərdə
o, musiqi ictimaiyyətində böyük maraq oyadan “Fraqmentlər” simfonik süitasını yazır.
1920 – 30-cu illərdə bəstəkar özünün ən yaxşı əsərlərini- “Ölkəm”, “Sual”, “Seyran”,
“Sərhədçilər” romanslarını qələmə alır. Bu əsərlər həqiqətən milli vokal lirikasının əsasını qoyan,
onun inkişafı üçün geniş imkanlar açan əsərlər idi.
Bəstəkarın f-no ücün “Çahargah”, f-no və skripka üçün yazılmış “Muğamsayağı” əsərləri
ilk dəfə olaraq muğam janrının bədii məzmununun, quruluş xüsusiyyətlərinin bilavasitə bədii
yaradıcılıq fantaziyası ilə ümumləşdirilmiş işlənməsidir.
A.Zeynallının f – no üçün yazılmış “Uşaq süitası” məcmuəsi də qeyd edilməlidir. Bəstəkar
burada sadə cizgilərlə uşaq aləmini böyük həssaslıqla təsvir etməyə nail olur. Əsər “Kuklaların
yürüşü”, “Uşaq və buz”, “Oyun”, “Rəqs”, “Qoyunlar”, “Mubahisə” nömrələrindən ibarətdir.