“Musiqi və onun tədrisi metodikası”


ritm deyilir.  Musiqi əsərinin ifa sürətinə  temp



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə10/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

ritm
deyilir. 
Musiqi əsərinin ifa sürətinə 
temp
deyilir. Templər üc əsas növə bölünür. 
1)
Ağir templər 
Lento – ağır-ağır, Larqo – çox ağır, Adagio – ağır, yavaş, Grave – ağır, lovğa 
2)
Orta templər 
Andante – tələsmədən, yavaş-yavaş, Moderato – orta sürətlə, Sostenuto – rahat, sakit 
halda, Andantino – «Andante»yə nisbətən bir qədər tez 
3)
Tez templər 
Allegro – tez, Presto – cəld, Vivo-vivace – sürətlə, Vivacissimo – olduqca 
sürətlə 
Accelerando – verilmiş tempin tədricən sürətləndirilməsi 
 


Səsin əsas ölçüləri 
 
Musiqidə səslərin (melodiyanın) yazılışı səsin iki əsas xüsusiyyətindən, yəni onun 
yüksəkliyindən və səslənmə müddətindən asılıdır. 
Səslərin yüksəkliyi kimi səslənmə müddəti də notlarla göstərilir.Ən cox səslənmə müddətinə 
bütöv not malikdir. Qalan not ölcüsü bütöv notun ikiyə, dördə, səkkizə, onaltıya, otuzikiyə və 
altmışdörd bərabər hissələrə bölünməsi nəticəsində alınır.
Musiqidə ölçü vahidi çərəkdir. Bütöv not 4 çərəkdən, Yarım not 2çərəkdən, çərək not 2 
səkkizlıkdən, 4 onaltılıq not və s. ibarətdir.
Və altmış dördlük not 
 
 
 
 
 
 


Nötların əsas ölçülərini artıran içarələr 
Musiqidə notların əsas uzunluğunu artırmaq üçün xüsusi işarələrdən istifadə olunur. 
1)
Nöqtə - notun sağ tərəfində bir nöqtə qoyularsa uzunluğu yarısı qədər, iki nöqtə qoyularsa 
yarısı və yarısının yarısı qədər artır, üç nöqtə qoyularsa yarısı, yarısının yarısı və yarısının 
yarısının yarısı qədər artır. 
2)
Liqa – Eyni yüksəslikdə yan-yana yazılmış iki və daha çox not liqa ilə əlaqələndirilərsə 
ikinci və üçüncü dəfə çalınmır, sayılır. 
3)
Fermato – notun üstündə və ya altında işarə qoyulur. Notun uzunluğu yarısı qədər 
ifaçının istəyindən asılı olaraq uzadılır.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin