“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə16/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Qammada pillələrin adı
Qammanın tərkibini 7 əsas səs təşkil edir. Onlara qammanın pillələri deyilir.Qammanın pillələri 
sıra sayı şəklində rum rəqəmləri ilə göstərilir. Rum rəqəmindən əlavə hər bir pillə xüsusi ada 
malikdir. 
I pillə – Tonika –qısa şəkildə T 
II pillə – alt aparıcı ton(səs) 
III pillə – üst medianta 
IV pillə – subdominanta – qısa şəkildə S
V pillə – dominanta – qısa şəkildə D 
VI pillə – submedianta (alt medianta) 
VII pillə – yuxarıcı aparıcı ton (səs) 
Tetraxord 
Kvarta çərçivəsində dörd səsin sekunda intervalı həcmində melodik şəkildə ardıcıl qurulmasına 
tetraxord deyilir. 
Tetraxord sözünün mənası 4 sim deməkdir (tetra – dörd, xord – sim). Tetraxord tərkidində 
olan K2 intervalının əvvəldə, ortada, axırda yerləşməsindən asılı olaraq üç şəkildə olur. 
1)əvvəldə yerləşən K2-lı 0,5 ton+ton+ton
2) ortada yerləşən K2 -lı ton+0,5 ton +ton
3) axırda yerləşən K2 -lı ton+ton+0,5 ton 
Belə quruluşlu tetraxordlara diatonik tetraxord deyilir.
Tərkibində art.2 intervalı olan tetraxord da var. Belə tetraxordlara harmonik tetraxordlar deyilir. 
1) əvvəldə yerləşən art.2-lı 1,5 ton +0,5 ton +0,5 ton
2) ortada yerləşən art.2-lı 0,5 ton+1,5 ton +0,5 ton
Müxtəlif xalqların musiqi ladlarında artırılmış və əskidilmiş tetraxordlardan da istifadə olunur.
1)art.4 həcmli tetraxord 1 ton+1 ton+ 1 ton 
2)əskidilmış tetraxord 0,5 ton+1 ton+0.5ton


Major qamması. Major tonalların kvinta dairəsi 
 
I, III,V pilləsi Maj.5

verən, ton tərkibi ton, ton, yarım ton, ton, ton, ton,yarım ton olan 
qammaya major qamması deyilir. Major qamması axırda yerləşən K2-lı (ton+ton+0,5 ton) iki 
tetraxordun yanaşı birləşməsi nəticəsində yaranır. 
Major qammasının I, III,V pilləsi sabit, II, IV,VI,VII qeyri-sabit səslərdir. Qeyri-sabit səslər 
sabit səslərə həll olur. II → I, IV → III, VI → V, VII → I (II → III həll ola bilər). Qammanın I, 
IV, V səsləri əsas səslər sayılır.Əsas səslərindən əsas üçsəslilər qurulur – T5
3, 
S5
3, 
D5
3 .
Major qammasının 3 halı var – natural, harmonik, melodik. 
Majorun natural halında dəyişiklik olmur. Harmonik halında yuxarı və aşağı gedərkən VI 
pillə yarım ton bəmləşir. Melodik halında yuxarı istiqamətdə dəyişiklik olmadan hərəkət edir
qayıdarkən VII vəVI və pillə yarım ton bəmləşir. 
Major tonalları böyük hərfi adlarla yazılır və
dur
sözü ilə qeyd olunur. Bir-biri ilə bir açar 
işarəsi ilə fərqlənən tonalların səs düzümündə altı müçtərək səsin olması həmin tonalların yaxın 
qohumluq dərəcəsində olmasını göstərir. tonallı major qammalarının tonikası X5 intervalı ilə 
yuxarı getdikdə -lərin sayı və tonallı major qammalarının tonikası X5 intervalı ilə aşağı 
getdikdə -ların sayı bir-bir artır.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin