Tələbe-məxzərət və məğdərəte-Şuxi be
dərgahe-Həzrəte-pərvərdigar jəlalına
Həme əfal eylə əqvalım olub jümlə xəta,
Ol zəmandan ki olub nəqşim vüjudum peyda.
Şükri-bihəddü edirəm kim məni islam üzrə,
Xəlq edibsən əməlim heyf degil layiq ona.
Ruzi-şəb etdigim əmal qəmu üsyandır,
Olmayıb bir əməlim layiqi-dərgah sənə.
Jürmimə aləm isən qərqi-günahım yarəb,
Kərəminlə atasan sahilə zin bəhi-bəla.
Özgə yer yox bəna kim, ğeyridir dərgahın,
Rusiyah əbdinəm, ey xaliqi-külli-əşya.
Nəki tənbihə olunursa əvəz jürmimdir,
Nə edirsənsə bənə həqqim odur ya mövla.
Kərəmi-jud sənin, çürm mənim əxlaqım,
Mənəm ajiz qulun ey padşəhi-bihəmta.
Nöqteyi-nəqş-vüjudim həme üsyanı ilə,
Hiçdir bişəkə məgər təndə əsla.
Əfv qıl bəndeyi-müjrimlərini hər nə ki var,
Mən siyəhru da onlar ilə bir dəm yekja.
İntəhasız kərəmi-bəhrinin əndində həmin,
Aləmin jürmi olur misli yeki-hərfi çola.
Verdigin jismin arayiş bir zərrə qubar,
Dərgahında nola şihə edəsən ruzi-jəza.
Vəqt olur kim çəkilər Şuxiyi-müjrəm dəruna,
Jürmini əfv elə ya rahimi-zülfəzlü əta.
* * *
Müəssər bir kəsə olmaz səbati-işrəti-dünya,
Müxalif gərdiş ilə müttəsüfdür adəti-dünya.
Xəyal etmə tabarsan ruzin ömrində dilşadi,
Kor olsan körməsən şahi-jəhan jüz möhnəti-dünya.
Firibi-işveyi-mənnarəsinə durdən baxma,
Tökülmüş pirəzəndür abi-ruyi-ismət-dünya.
Çıxan bir kəzü qayıtmaz eyşi-nuşi jümlə zəhralud,
Təhi-mehman səradər kim qutarmış ləzzət-dünya.
Hezaran səyü zəhmətlə əgər yekdəm verə kamın,
Ona dəgməz ki, bir bargirandur minnəti-dünya.
Gəhi bir xəndeyi-sərdinə dildar olma qafil kim,
Səni pamal edər əxfai kim sütuti-dünya.
Vəfayi-əhdinə bavər olunmaz olmayıb kəslə,
Fənayə meyli-baği olduğundan ülfəti-dünya.
Bu dari-bibəqayə arifan etməz nəzər əsla,
Olunmaz aqilan əndində hərgiz rəğbəti-dünya.
Vəfasızdır görjəgin əhdin yekayek sərbəsər, Şuxi,
Rəfiqan eyləmiş tənha qalıbsan hijrəti-dünya.
DƏR VƏQTE-SƏYAHƏTE-HƏZRƏTE-İMPERATOR ALEKSANDR SALİS KE, XƏBƏRİ BUDKE ƏZ AN ŞƏHRE-NUXA MİQOZARƏD DƏR AN
VƏQT QOFTE ŞODE
Mərhəba, ey imperatori-müəlla, mərhəba,
Mərhəba ey padşah kişvərara, mərhəba.
Mərhəba, ey amir əhdü fəxamət dəsgah,
Mərhəba, ey dadbəxşü dadfərma, mərhəba.
Xosrovani tajü övrəng eyləyib kəsbi-ziya,
Səndən ey şahənşahi-dövran, mühəyya mərhəba.
Dövri-dərgahın təvaf eylər jəlalü-vəslətin,
Tələtində məhrvəş şövkət hüveyda, mərhəba.
Ləşkərin ruyi-zəmində hər zəman firuzmənd,
Rayət nüsrət qərinin çərxi fərsa, mərhəba.
Pasibani-dərgəhın şəhzadəqani-namdar,
Dəsti-busun eyləyir şahan təmənna, mərhaba.
Jəmi-Yurupa, əğalimi-fəsihi-asiya,
Durupdur dəstində çun kuyi-müqərra mərhəba.
İştiyaqında qalıb dehim Keyxosrov müdam,
Məqdəmin eylər təmanna təxti-Dara, mərhəba.
Bişəkdən müztərəb keyfiyyəti-Hindustan,
Şövkətindən çiniyan içrə mərhaba mərhəba.
Ey şahənşahi-ğəza fərman əmiri-tajdar,
Seyti-ijlalınla dolmuş jümlə, dünya, mərhəba.
Şuxi, xidmətkari-dərgahi-rifət dəstqah,
Eyləmiş müxəlsərərindir mübərra, mərhəba.
* * *
Alıb əvvəl nəzərdə huşim ol məhpareyi-ziba,
Edirsə jilvə neylərdi əgər yekbareyi-ziba.
Tapıbdır pərvəriş xunabeyi-dilbərlə rəng almış,
Anınçün bir nəzakətlə açıb rüxsareyi-ziba.
Firib ilə edip ğəmmaz çeşmi-eşqinə məva,
Verib dil mülkini-yəğmayə bu xunxareyi-ziba.
Düşübdür şəhmi, yarəb gülşən jənnətdən ol narun,
Təravətlə edib nəşvü nüma nübareyi-ziba.
Yandım bir dəstrəsin ol gülruxün gülzar jisminə,
Tokərdə qalıbdır dil edə bir çareyi-ziba.
Tapar əğyar əlindən dil jəhanda jayi-asudə,
Munib seyr eyləsəm ya rəbb zəmini barəyi-ziba
Səni aldatmasın nirəng ilə dünyayi-dun, Şuxi,
Alıb nəqdi-həyatın əl çəkə məkkareyi-ziba.
* * *
O məhru gərdiş eylər nazilə tavusdur guya,
Dilini janımla eşqi-mütəəssil manusdur guya.
Jəmali-tələtin gördükdə dil şövqilə əzm etdi,
Neçə bir gənj zülmətdə qalan məhbusdur guya.
Yüzün pişi-nəzərdə döndərən dəm qəlbimi bil kim,
Sərasər jan içində mündəresü məkusdur guya.
İki ğəmmaz çeşmi-nazilə hər yan negahında,
Gələn o şahənşah ilə bir jasusdur guya.
Tutub dəstin təmənna busə eylərdim deyib qaçdı,
Xəbərdarəm xəyalından ki, birjə busədir guya.
Könüldə daima nəqşi-dəxi peyvəstə bərjadın,
Olupdur qəlbdə malik neçə məlbusdur guya.
Yetirmək ləb rüxi-gülbərginə müşküldür ol mahın,
Kənari-ləşkəri-hindu ilə məhrusdur guya.
Sədayi-sineyi Şuxi salıb xəlq içrə övhamı,
Dəri-şahaneyi-fəryad zərrin kusdur guya.
* * *
Saqiya lütf eylə tut dəstimi bir jan bənə,
Bivəfalıq eylədi ol rüxi-gülfam bənə.
Ləlgun sağəri ver, çünki ləbindən durəm,
Bəlkə təsir verə rahətü aram bənə.
Qəmzəsindən o qədər sinəm alıb türü xədəng,
Şimdi təsir edəməz nizeyi-Bəhram bənə.
Büti-simasına bilmərrə edərdim taət,
Etməsə tənə əgər zümreyi-əqvam bənə.
Estelam etməgə xaki-məjərin sübhü məsa,
Zayeri kuyi olub, bağlanıb ehram bənə.
Sübhdən eyləməz tələt rüxsarın əyan,
Xabdə olmuş idi mücdeyi-ilham bənə.
Seydi-ahu gözü dövründə götürməz Şuxi,
Dili-xunxar du səd şir ola ovham bənə.
* * *
Düşüb ol dəm ki, gözüm çun məhi-taban yüzünə,
Mübtəla oldu könül zinəti-dövran yüzünə.
Səbəb nəxvətini səndə bilursən, bilurəm,
Görsə dilbəstə olur məjmeyi-huran yüzünə.
Yandırıb balü pərin gör neçə pərvaneyi-dil,
Dəmi-əvvəlki görüb şəmi-füruzan yüzünə.
Gülşən rövzeyi-rizvanə zülal-tubi,
Neçə kim əks salır zülfi-pərişan yüzünə.
Qüdrəti-həq görüb zülf kimi vəjhində,
Götürür gündə neçə tirə dil əyan yüzünə.
Bir nəzər salmaq eylə hüsnünə mədhuş oldu,
Edə bir busə nolar Şuxiyi-suzan üzün.
* * *
İtirib rahi-vəfanı bəni məhjur etdin,
Eylədin gohər məsturimi nayab bənə.
Sən idin ruz nədən xəndeyi-nazilə müdam,
Gündə səd bar güşad eylər idin bab bənə.
Busəgahım gülü narinjü zənəxdanın idi,
Jəbhə sayi etməgə əbruyi idi mehrab bənə.
Qürbi-bab üzrə səhər xəndeyi-şirin dəhənin,
Edib ənva hil verməz idin xab bənə.
Yüz işarat ilə məstanə gözün eylər idi,
Vədeyi-vəslini həm məxbərü ijab bənə.
Buseyi-arizi-gülfami-ləbi-ləlü müdam,
Vəqti-fürsətdə qılıb şövq ilə əhya bənə.
Şüğlüm olmuşdu təmaşayi-niyazü nazım,
Jismi-gülbərgini qujmağ idi əkbab bənə.
İşveyi-qəmzə ilə xahişi-mətlübin üçün,
Gündə yüz əmr verib nərgisi sirab bənə.
Küçə salmadı ziya külbei-əxranıma por,
Maili-busəyi idi ruyi-jəhantab bənə.
Jismi-gülzarına gülçinligə madun etmədin,
Olmadın heyif sərahatilə həmxab bənə.
Hasil sirri-zəmirun bəna bildirdin o dəm,
Əks mətləbdə idi jümleyi-əhbab bənə.
Şuxiya, kari jəhan jümlə vəfasızlıqdır,
Bivəfa olmadı xud ol ləbi-şəhdab bənə.
* * *
Güllər açdı, neçün gəlmədi ol mahliqa,
Ey səba, halimi təqrir elə əz bəhri-xuda.
Söylə ol gülruxi-zibayə ki, gözlər anı gül,
Mürği-dil şövqü vüsal ilə edir şurü nəva.
Həsrəti-ruyini çəkdikjə dilü didəvü zəban,
Əndəliban eylədir şamü səhər nəğmə səra.
Qaldı göz janibi-rahında həzin, gülmədi yar,
Ey könül, şami-qəribanın olur dərdü jəfa.
Qövli-əğyarə de kim baxmasın ol rişteyi-jan,
Üzülür jani-həzin eyliyə bu dərdə dəva.
Gəldi ol rahəti-jan rəhm dili-zarə qılıb,
Oldu üftadə könül busi-ləbindən əhya.
Eylədi Şuxuyi-dilsuxtəni şövqi-rüxi,
Görjəgin dideyi-qəm didəsi kəsb etdi ziya.
* * *
Gündə çəndin növ edir nazəş o məhpeykər bənə,
Heyf dəhani-vüsalı-əl verir kəmtər bənə.
Bayisi-şövqi-təlayiş dideyi-ğəmmazındır,
Eyləsə nə əmr işarətlə, odur rəhbər bənə.
Dili-derunin döndərə bir qanə hezaran nazilə,
Jüri versə ləbindən şərbəti-şəkkər bənə.
Bir qalıb nəqşi-əzəl, qeyrin fəramuş etmişəm,
Nüsxeyi-hüsnündə nə təhrir edib əzbər bənə.
Taleim mülki-qənaətdir, gərəkməz bəd əzmin,
Gənji-Qaruni təxti-şahü əfsərü keşvər bənə.
Hökmi-divani-qəza netdisə məğbul etmişəm,
Katib lövhi-əzəl yazdısa nə məhzər bənə.
Düşməni-bədxahdan yox zərrə xovf xatirim,
Yavərimdir, Şuxiya eylər nigəh davər bənə.
* * *
Olmadı dərdi-dil, ey mahrüx, izhar sənə,
Nə məhəbbətdə idi bu dili-bimar sənə.
Eşq bazarının əhvalını dərk eyləmədin,
Nəqdi-jan ilə edim əldə xiridar sənə.
Övji-iqbaldakı karını bərbad etdün,
Səndən olmadı yəqin eylədi əğyar sənə.
Düşmüşikən əlinə fürsəti, verdin fovtə,
Töhfeyi-hüsnün üçün bir belə bazar sənə.
Bəxt yavərligidir, bilmərəm aya əks,
Xilqəti böylə vəjahətdə bu rüxsar sənə.
Bu qədər məjmeyi-üşşaq ilə rəftar, ey büt,
Bir xətərnak qəvi əmr idi düşvar sənə.
Jan pürnazın üçün heyif edibən danişvəran,
Yarəb, etməzmi əsər bir belə güftar sənə.
Bu lətafətlə səni eylədilər cəngalud,
Belə zülm etməz idi aqilü hüşyar sənə.
Dil ki pabəsti-səri-zülfi-pərişanın idi,
Jan idi həlqi-bequş, ey büti-əyyar sənə.
Rəşk edir arizi-qülfamını gördükdə müdam,
Bağı-dəhr içrə həmi novgüli-gül gülzar sənə.
Şuxinin pəndini məqbul eyləmək vajib idi,
Kəşf olur axiri-bu nöqteyi-əsrar sənə.
* * *
Dili-şuridə tut aram keçib vəqti-şitab,
Götür əhvalını pişi-nəzərə, eylə hesab.
Nəfs əmmarə əlində belə gəl olma əsir,
Mərdi-mərdanə sifət ilə bu nadanə itab.
Daməni-pakını aludeyi-üsyan etmə,
Götürürsənmi jəhim ilə aruğasına tab.
Nagəhanbani-mənadi-əbri şürəzarə şikaf,
Vətəni-əslinə et jümlə tədarüklə şitab.
Nə aparmağını göstər ki, gedən əsnadə,
Keçirib qəflət ilə ömrünü manəndi-dəvab.
Zadi-rahın yox isə bari-günahın çoxdur,
Nədir, ey qafili-dilbəsteyi-dünyayi-xərab.
Edə bir kəs təni-şayəstəsin aludə rüxün,
Bəzmi-şahanədə mümkündür açılmaq ona bab.
Aç gözün, eylə nəzər gör ki, kimin ümmətisən,
Bir mübarək əsərun safəri-əflaki-jənab.
Ol şəhi-namur bayis təkvini-jəhan,
Mehtəri-mehri-ziya, amiri-tövfiqi-xətab.
Ərşiyan dərgəhi-pakında təvaf üzrə müdam,
Həft banu səri-kuyin dolanır bixorü xab.
Səth xanında-fəda etmək üçün müştəridür,
Janını surü həməl atəşi-eşqilə kəbab.
Çərxi-gərdindədu dəstində du jami-zərrin,
Xaki-rahinə nisar etmək üçün löləvü nab.
Bir geçə əzmi-süvar olduği-peyvəstə,
Mah amadə tutub basmaq üçün əldə rəkab.
Qəra ol xanəsi eyvani-fələk bürjündən, xəbdən,
Atılır düşməni-napakinə səd tiri-şəhab.
Açmağa fövqi-hümayununa çətri-gülgün,
Müttəsil dur qılır övjdə izzətlə səhab.
Ya rəb, istəklə məqbul edə ol şahi-jəhan,
Etdigim qövldə yox zərrə səlah nə səvab.
Şuxiya, qəflət ilə böylə keçirdin ömrünə,
Səni əfv eyləyə ol həzrəti-rəbbül-ərbab.
* * *
Didə heyran, dil pərişan oldu bir məhru görüb,
Eşq zənjirindir rüxdə tobərto görüb.
Çeşmin ətrafında hər yan zülfi-mişkin piç-piç
Neçə səyyaddan mühəyya ram edir ahu görüb.
Baş atar övji-həvayə şurəşi-üşşaqdən,
Ol sürürü şux hər sudən sədayi hu görüb.
İztirab eylər könül əşki-rəvanimdən füzun,
Neçə müstəqrəq hərasan ola daşqın su görüb.
Bir təbəssümlə tutar divanə dil meyli-təmə,
Höqqeyi-ləl içrə nagəh üqdeyi-lölö görüb.
Şami-vəsli-yardır, məjlis müzəyyən, zövqü şövq,
Ya gözüm xab içrə bəzmi-sahəti-minu görüb.
Vermiş ol jan afəti-bərbadə jismim zülfülə,
Xod pərişan eyləyibdir türrrəsin dilju görüb.
Mürği-dil pərvazə meyl etdikdə rahi-eşqdə,
Aldı qınaqə o şahin zəman tihu görüb.
Qaçdı huşim nagəhan görjək mütərra zülfüni,
Didəbani-rum rayəti-hindu görüb.
Üqdeyi-zülfündə könlüm bənd edib jadu gözü,
Etməyən şübhə zəbitə gejə oğru görüb.
Şuxi qöftarə gəlüb pişi-jəmali-yardə,
Əksini ayinədə tutiyi-şirində görüb.
* * *
Səni ol kəsi ki, belə əhsənü ziba yaradıb,
Bəni dildadə edib valehü şeyda yaradıb.
Verən əsnadə həman qəmzeyi-jadunu sənə,
Dili-xunbarim üçün hökmünü ijra yaradıb.
Xahiş etdikdə bəni zarü pərişan eyləmək,
Sənə ol tərz ilə geysuyi-müttərra yaradıb.
Eyləyib həsrəti-firqətə du çeşmim giryan,
Əndərin rudə iki nərgisi-şəhla yaradıb.
Sənə ol şiveyi-rəftarı verən dəm, ey büt,
Vadiyi-eşqi bənə mənzil məva yaradıb.
Olma aşuftə ki, izhar edirəm hübbi-rüxün,
Sirri-eşqi dəxi aləmdə hüveyda yaradıb.
Qeyri mümkün ki, yanan atəşə məxfi qaladur,
Çun dili-sineyi-üşşaqi-mühərra yaradıb.
Bülbüli-dil neçə səbr eyləyə bu nazilə kim,
Hüsn bağında səni, ey güli-həmra yaradıb.
Sənə ol qönçeyi-xəndani verib Şuxini,
Mədhi-ləli-ləbi-janbəxşinə guya yaradıb.
* * *
Rəvan olduqda əzm eylə hüzuri-yarə, ey məktub,
Yetir dərgahına dərdi-dilimdən parə, ey məktub.
Yetişjək busə qıl dəstini, adabi-səlam eylə,
Mülaqatilə olduqda qəriq ənvarə, ey məktub.
Açıb şərh eylə sədrun yekbəyek əhvali-hijrani,
Xəbərdar ol şəhi-xuban ola əsrarə, ey məktub.
Ki, sənsən məhrəmi-sir, qılıb jümlə müştaqan,
Bəyan et hali-hijrani gəlüb qüftarə, ey məktub.
Özü meyl etməsə əsfayə, etmə dərdi-sər hərgiz,
Fəraqi şikvəsindən ol büti-huşyarə, ey məktub.
Yəqinimdir əgər razi-dərunimdən ola xəjir,
Lütfilə qılır bu natəvanə çarə, ey məktub.
Jəvab ol ləli-şirindən qalıbdır müntəzir, Şuxi,
Yetir bir nuş daru bu dili-biçarə, ey məktub.
* * *
Ol pəri çöhrə bu gün dəfi-qəmi-dərd qılıb,
İltifati-dili-xunbarü rüxi-zərd qılıb.
Mücdeyi-vəsl ilə eylədi məmur dili,
Atəş sinəmə əl çəkmək ilə sərd qılıb.
Göstərib xaki-murad ol rüxi-zibası xilas,
Hijr şeşdarligindən neçə bir nərd qılıb.
Xaniman tərkin etdirmiş idi hijranı,
Eşqi-avarəvü bibəhrə jəhangərd qılıb.
Etdi yara bənə əğyar əlindən gələni,
Səni bu tərzi-jəfabişə o namərd qılıb.
Rifətən qəti-nəzər eyləmək andan yegdir,
Gündə bir nazəş kari-novavərd qılıb.
İmdi Şuxini hesab etmə zəbun, ey janım,
Həft xan fəthinə divan ilə navərd qılıb.
* * *
Dedilər kim, səri-rah üzrə o dildar gəlüb,
Əxzi-aram dilə ol büti-əyyar gəlüb.
Jan atıb bu xəbəri bilməgə təhqiq etdim,
Lütf edib gördüm o şirinləb qüftər gəlüb.
Tazədən etmək divanə dili bir qəsdən,
Özü xod ərzi-jəmal etməgə izhar gəlüb.
Çeşmi-sərməsti qürur ilə nigah etdikdə,
Deyəsən baği-jəhan içrə jəhandar gəlüb.
Gül rüxsari-miyanında du ləli xəndan,
Ki, şəfabəxş həme xateri-bimar gəlüb.
Dil ki, getmişdi səri-həlqeyi-zülfündə junun,
Yenə ol zülfdə pabəstə giriftar gəlüb.
Radü bəstadi-jəmalü dilü janü nəqdi-rəvan,
Alıban verməgə sevdaya xiridar gəlüb.
Ləlü narinjü dürrü şəkkərü badamü əbir,
Nə məta ilə gör ol açmağa bazar gəlüb.
Hali-hazırda bu sevdanı edənməz bir kəs,
Ğeyri-Şuxi ki bu meydanə səzavar gəlüb.
* * *
Qisməti-ruzi-əzəldür, günümüz qarə düşüb,
Kövkəbi-taleimiz bir belə idbarə düşüb.
Yetirib gövhəri-məqsudi-şəbistan içrə,
Dili-divanə əbəs çöllərə avərə düşüb.
Şəbi-hijrani keçər xaki-zəbun tirü tar,
Səfheyi-ərzə o gündən ki o mehparə düşüb.
Eşq ahadi edir nöqteyi-xali-işrət,
Əlfi-beyni kənarındakı rüxsarə düşüb.
Bir məkan axtararkən qaşü gözü yəğmayə,
Ağıza bu dili-sədpareyi-biçarə düşüb.
Gətirir başıma yüz fikri-pərişan kejələr,
Xabdə zülfi-xəyalı dili-biçarə düşüb.
Sübh dərdən çıxıb aya əsər ruyindən,
Gün kimi pərtövi-gülgun səri-kühsarə düşüb.
Həlqeyi-zülfi-ürarında o məhrüxsarın,
Nəli-parə deyəsən dayireyi narə düşüb.
Şuxiya, etməsə məqsudi bir avardə xuda,
Fəsli-dildar qəvi üqdeyi-düşvarə düşüb.
* * *
Əzmi-qətlim eyləyir hər dəm ki ol bədxu görüb,
Dövr edirkən rəhi-eşqində rəvan hərsu görüb.
Xəbti-müşküldür dilə görjək qərarü xəşmini,
Çun qürsnə şir gülzar içrə kim ahu görüb.
Etmişəm sevdayi-eşqin nəqdi-janə şövqilə,
Şəhr ara bazarqan tək töhfi-niku görüb.
Sineyi-safın görüb etdi təhəyyür əqlü huş,
Vəhşət almış haləti-divanəvəş güzgu görüb.
Eşq kuyində olub sərxoş məşami-zülfdən,
Kami-məstan tək ki, meyxanə dərindən bu görüb.
Noheyi-dildən səbəb çak giribanın olur,
Çun mərizi-təşnədilzar eyləyir limu görüb.
Nəzm bəhrinə Nəvainin dolanma, Şuxiya,
Qərq olursan bilməyib hər yerdə nurin su görüb.
* * *
Ləli-janbəxşini hər kim o məlahətdə qılıb,
Məni də böylə diləfkari-şikayətdə qılıb.
Nərgisi-məstinə ol qəmzeyi-dilsuzi verən,
Hədəfi-sinəmi-səhminə zəmanətdə qılıb.
Səbəbi-tövqi-sərü kərdinə zənjiri-jünun,
Zülfi-mişkini o vəjh üzrə təravətdə qılıb.
Fitneyi-dideyi-müşkilə edib könlümü zar,
Neçə ol kafəri-xunxarı şərarətdə qılıb.
Gülşən hüsndə verdikdə sənə nəşvü nüma,
Rəngü bu ilə bəni şövqi-məlahətdə qılıb.
Zahida, lövni-dili-zarimi etmə, nəzər et,
Nə çun ol ruyi-qəza böylə vəjahətdə qılıb.
Kuyi-eşqin vətən etdikdə qəmu Şuxini,
Aləm içrə belə bədnam məlamətdə qılıb.
* * *
Etdi içdikjə bənim qəlbimi bu badə xərab,
Öz kəfindən yetir, ey saqi, dil birdə jənab.
Sən iraqdan durajaq nəşəsi təsir edəməz,
Səd piyalə gər edəm nuş verir hüzn şərab.
Oldu hijrində bəsi möhnət ilə tirəvü tar,
Görki aşuftəyi-zülfün dili-ənduh maab
Nitqdə zərrəjə yox mərhəmət nə şekvayə.
Səyi-besyar ilə qüftar edə bir hərf xitab,
Guşi-huşim dəxi idrak edəməz aləm ara.
Nəğmeyi-sazü nəva hər çe ki var naləvü əzab,
Tabi-eşqinlə belə zarü nəhif olmuş ikən.
Ya rüxü zülfün eylərmi könül tabına tab,
Guş tut sinəmə gör sormağa şirü şəkərün.
Tifl dili-məhdü jövrimdə qılır zarü şitab,
Hər mətalib jəhətə dəstimə aldıqda qələm.
Eyləyir şərhi-qəmi-eşqini axırdə kitab,
Şüğli-eşqinlə qəmu karını atmış Şuxi.
Hübbi-rüxsarını etmiş üzünə istixdar,
* * *
Bir şəb ol mahi-ruxim aşiqini yad qılıb,
Gənji-qəmxanədən ixrajilə azad qılıb.
Guş tutmamış idi şimdi gəlüb insafə,
Ruzi-hijranda könül çənd ki fəryad qılıb.
Beytül-əhzanə verib zinyəti-təşrifindən,
Pişi-çeşmimdə rəvan qaməti-şümşad qılıb.
Aldı heyrət bəni kim xabdar aya ki mələk,
Ya nümayan bənə didar pərizad qılıb.
Ləb janbəxşilə ol Xosrovü Şirin dəhanın,
Rəhmi-suzan dili-hijrankeş Fərhad qılıb.
Qıldı təmiri-vüsalilə fərağında olan,
Jismi-viranəmi lütfilə növijad qılıb.
Aldım ağuşimə dəstü dəhəni-yəğmagər,
Zülfü ruyini bir aşuftəvü bərbad qılıb.
Ləbimi ləli-ləbi-çöhreyi-püstanı anın,
Tifl tək sormaq təlim ilə ustad qılıb.
Qeyri simintənini eyləmədən gülgün rəng,
Ləli-xəndanına ləb buseyi-həftad qılıb.
Gördi yəğmayi-vüjudinə bəni bi-insaf,
Zülfi-zənjiri kəfü gərdənə əğyar qılıb.
Şuxiya, həsrəti-dilsuzini çəkdin yarın,
Axır ola o səni vəsl ilə dilşad qılıb.
* * *
Yenə ol sərvü səhi-seyri-gülüstanə gəlüb,
Mürği-dil bu həvəsə başına dovranə gəlüb.
Yarəb, ol şuxi-jəfapişə təltiflə bu gün,
Rəhm qılmış dili-əfsurdeyi-nalana gəlüb.
Gördügümdə rüxi-zibasını güya nəzərim,
Dolanıb bağ təmaşə ki rizvanə gəlüb.
Zülfi-meşkin əgilib məshəfi-ruyindən öpər,
Yarəb, ol kafəri-bidin məgər imanə gəlüb.
Rüxi-gülgun ilə dideyi-ahu nigəhi,
Nə qədər qan içib axır yenə bir qanə gəlüb.
Rahi-kəm kərde qılıb üqdeyi-zülfündə könül,
Nisfi-şəb pərtovi-ruyi-mehi-tabanə gəlüb.
Nazi-aramkeşi-huşimi yekça aparıb,
Etməyə qəmzə ilə jayində qurbanə gəlüb.
Zülfün etməkdə pərakəndə odur məqsudi,
Yenə bu fənni-həzin qəlbi-pərişanə gəlüb.
Dili-janım qaçaraq mokəbi-hindusundan,
Jayi məmun görüb çaki-giribanə gəlüb.
Könül aramını yüz şivə ilə məhv qılıb,
İşveyi-nazı əlindən ki tənim janə gəlüb.
Xaki-meşkin ki qərarında alıb həlqeyi-zülf,
Daneyi-dam idi kim, Şuxiyi-suzanə gəlüb.
* * *
Söylə, ey mahrüxim, kim səni azurdə edib,
Nazəninin dili-şadına dəmborde edib.
Neçə layəqəl nadanə düçar oldun kim,
Nazənin qəlbini aşüftəvü qəmxurdə edib.
Görmiyeydi gözüm ol ruzi ki, dərd aləmə,
Könlünə rənj qubarü kədər avərdə edib.
Yadəm sərdi-səbadır ki döküb arizinə,
Türreyi-zülfini ağuştəvü pəcmürdə edib.
Soğuyub xəndeyi-qüftardən ol şəhdamiz,
Ləbi-gülfamını bu tərz ilə əfsurdə edib.
Nə edibdir sənə ol zalimi-naqabil kim,
Xatirin böylə xəraşidəvü bəstərdə edib.
Güli-rüxsarını görmək belə məğmum, ey gül,
Dili-azadeyi-Şuxini dəxi mürdə edib.
* * *
Saqiya, badə gətür sağəri sərşar qılıb,
Zövqdən möhnəti-hijran bəni bizar qılıb.
Səri-balindən olduqda rəvan firqətdən,
Belə tabi-təbib dili-biçar qılıb.
Etdi bərbad büsati-tərəb rahətimi,
Zövqü eyşim nə sifət çərxi-jəfakar qılıb.
İftira qıla belə saqiyi-şirindəhənim,
Jümlə işrət ovqatımı düşvar qılıb.
Görmiyeydi nola kim mah jəmalın didəm,
Dili-azadə ikən möhnət ilə zar qılıb.
Qəlb piramuni-kuyində qalıb jəbrimə sənə
Türrəsi yazdığı təviz ilə izhar qılıb.
İntizarında dəgər şüğlə müraqib degiləm,
Didəvü guşimi dili-maili-əxbar qılıb.
Zülfi-sevdası sərimdə dəxi şəbhayi-diraz,
Şuriş həlğeyi-zənjir tək izhar qılıb.
Şuxiya, yar məhəbbətdə mükəmməl ki görüb,
Atəşi-eşqini həm başıma isar qılıb.
DƏR SİTAYEŞE-ZAYƏRİN ROVZEYE- MOTTƏHƏRREYE-HƏZRƏTE-FƏXRİ-ALƏM SƏLLƏLLAHİ-SƏLLƏM
Kim ki, şövq eyləsə, təkmil edə bari-həsənat,
Gətürür bir güli-rüxsari-Məhəmməd səlavat.
Zairi-babi-müəllası olan Sə`d əxtər,
Hər dü aləmdə olur rişteyi-qeyd əqəbat.
Ey xoş ol kəs ki, sorub jəbhəsin ol dərgahə,
Alıb azadəgiyi-nayireyi-narə bərat.
Rövzeyi-tahiridir şəmi-ziyabəxşi-jəhan,
Ərşə ənvarfikən məhçəsi maməndi-əyat.
Baş atıb kungireyi-izzətin nöhəflakə,
Astani-əzəmət münşiyi-keyvan dərəjat.
Nə məqam oldu qəni dərk ilə ol təbəsid,
Jani-aram ki məfxərəti-mövjudat.
Xidməti-dərkəhi-pakinə şitaban əzm et,
Bulasan fövz dü afaqidə tövfiqü nijat.
Zəngi-üsyanı mübərra qıla jismi-jandan,
Dəri-gərdun, xədəmi-şafeyi-ruzi-ərəsat.
Yetiş dərgəhi valasına baqəlbi-zülus,
Qurtarır əz qəmi-jansuz üqabi-dərəkat.
Bərgüzidə yaradıb xasi-həbibiyyəti çun,
Həzrəti-xaliqi-əşyayi-həmi təkvinat.
Atifət kərdu xəllaqi-jəhandır guyi,
Bəhri-lütfindən alır rövzəsi daim təşəhat.
Jan nisar etmək üçün xaki dər əşrəfinə,
Azimi-məqsəd olub başilə teyy et tələvat.
Şuxiya, rəftdəri-pakına çarub qılıb,
Növki-mücganı yetişməkligə öylə hərəkat.
* * *
Nola bir rəhm dilə, ey büti-pür təmkin et,
Ya ki bir kərrə jəfa xod o dili-səngin et.
Tari-gəm xanəmə lütf eyləyərək mehman ol,
Bir şəbi-arayişi-rüxsarın ilə təzyin et.
Saqiya, badiyi-gülfamı şəbü ruz yetir,
Atəşi-qəlbə fəşan etmək ilə təskin et.
Dostları ilə paylaş: |