ÇƏND ƏZ QƏZƏLİYYATİ-TAZE
Səni, ey dil, təfəhhüm eylərəm viranəsən guya,
Fəraqi-yarilə bitab olub divanəsən guya.
Xəyali-məşəli rüxsari-jananilədir şölən,
Təfəkkür didəsiylə ey könül pərvanəsən guya.
Müqərrər yadi-janbəxşi-ləbi-mekuni xatirdə,
Mükərrər qəlbi-məşhun eyləyib məstanəsən guya.
Xəyali-dilü təfəkkür jümləsindən əzm edib yarə,
Həme əxbasdən xali təhi bir xanəsən guya.
Nə təşvişi-hərarətdir deruni-dildə sər ta pa,
Qəriqi-atəşi-pürşöleyi-suzanəsən guya.
Tutub rahi-bəqa yarani-məxləs qalmasın tənha,
Jəhan içrə qəribü bükəsü yekdanəsən guya.
Nə heyran olmusan bu haləti-firqətdə, ey Şuxi,
Müqabil ol rüxi-məhpeykəri-tabanəsən guya.
* * *
Babi-məqsudimi eylərsə əgər baz bənə,
Ol büti-mahliqa eyləyib naz bənə.
Müttəsil təhniyyət bəhs edərdim şəbü ruz,
Şərəfi-vəslini imkan ola ehraz bənə.
Yetirib vəslə dönər firqətə etməkdə duçar,
Eyləyir meyli-itabü qəzəb ağaz bənə.
Kimi peyğam ilə irsal edib ol məhruyə,
Bulmazam əhli-vəfa kim, ola həmraz bənə.
Ol təzərvanə xuramilə edib bağrımı xun,
Çü bulub baxması manəndeyi-şəhbaz bənə,
Yetirib ömr dönər buseyi-gülfam bu ləbi,
Etdi məkşufi-Məsihanə bir ejaz bənə.
Qəmi-ənduhi-zəmanə çevirib ətrafun,
Şuxiya, təng olunub saheyi-Qəfqaz bənə.
* * *
Gətürüm rüxsari-mahpeykər dildardır peyda,
Miyani-əbrdən ya şəmsi-pürənvardır peyda.
Ləbi-janbəxşdə lütfünə təbəssüm pür nəzakətlə,
Tərəhhüm aşiqi-dilsuzinə izhardır peyda.
İşarati-bəşarətdir gözə əhrari-rövşənlik,
Füruği-çöhreyi-janandən asardır peyda.
Məsihadəm ləbindən nuşdarü əxz qıl, könlüm,
Təğafül etmə daruyi-dil bimardır peyda.
Miyan məhvəşan içrə qədri-diljuyi-balası,
Gül gülzar içində nəxli-şəkərbardır peyda.
Olubdur arizi-gülfamə çəsban törreyi-müşkin,
Behişti-ədn içrə surəti-kəffardır peyda.
Könül əxzi-ülumə mötəkifdir gənji-zülfündə,
Şekənji tar hər muyində pürəsrardır peyda.
Nigah et qəmzəhayi nərgisi-siyrabına hər yan,
Dəvan jasuslər bir fitnədən əxbardır peyda.
Nəhani dərdi-eşqindir dili-Şuxidə gənjidə,
Vəli muyi-sərindən muyhayi-zardır peyda.
* * *
Hansı bürj isə müqabil rüxi-gülfamə düşüb,
İjtima qəmər, zöhrəvu, bəhramə düşüb.
Əsəri-şişeyi-çöhreyi-gülgünindən,
Atəşi-şöleyi-fərzan deyəsən bamə düşüb.
Zülfü rüxsarına əfşan tökülüb xəlq təmam,
Bu sifət mah tutulmaqdan ovhamə düşüb.
Abə bir zərfi-bilurində ləbi-əksindən,
Guyiya pareyi-yaqut bin çamə düşüb.
Xəlqdən jəlbi-nəzər eyləyərək bəzm içrə,
Çeşmi-fəttani işarətilə eyhamə düşüb.
Dövri-xali-həjərində dolanır həlqeyi-zülf,
İstelam üzrə səfi-rəngidir əhramə düşüb.
Bəsteyi-ahu kimi hər yan təkü-pudən sonra,
Fitnədən didəsi xabilə bir aramə düşüb.
Xəlqə qismət olunub karu gərü dadü fəraq,
Bu şikayət Şəkidə Şuxivü nakamə düşüb.
* * *
Zari-könlüm dami-eşqə bir mələksima salıb,
Həlqeyi-zənjir zülf başıma sevda salıb.
Tuli-hijranın əgər mümtəd ola ey, mahvəş,
Çeşmi-xunpaşimdən ümmid ilə kim, dərya salıb.
Dideyi-abidi-firibin eylədikdə bir nəzər,
Mülki-jan içrə sərasər qarətü yəğma salıb.
Şöleyi-ruyin düşüb çeşmə, itirmiş rahini,
Xor özün çahi-zənəxdanə dili-şeyda salıb.
Xali-rüxsari-jəhantabın görən təsdiq edir,
Gülşəni-firdövsə hendu bəççədir məva salıb.
Çini-zülfün çin diyarın eyləyib təsxirü bənd,
Kişvəri-Hindustanə şurişi-ğövğa salıb.
Tərki-eşqi-jansitanın, Şuxiya, düşvardır,
Sərsəri-səhni dil üzrə mahi-ruyin ja salıb.
* * *
Könlüm o gün ki, tellərinə mübtəla olub,
Hər tari-muyi başıma yüz min bəla olub.
Hər dü qaşınla çöhreyi-gülgünə başurub,
Şəmşiri-xun çekani-şəhi-Mürtəza olub.
Zər tökmə dövr sədri-lətafət sirişkinə,
Rəzzin hisari-dövqeyi-jənnətsəra olub.
Mina bərgilə başına təzmin verən,
Rüxsari-mahi-peykərə nuri-əla olub.
Etmirdim ol xəyalı qujarkən miyanıni,
Zərrin kəmər bu işdə əjəb bihəya olub.
Ləb teşnəqan eşqə rəva gənj ləblərin,
Qanda bulum təriqini darüş-şəfa olub.
Asan göründü əsmər edəm bir gəz ixtiyar,
Rahi-güzari-eşq belə pürjəfa olub.
Hurani-jənnəti-könül eylərdi arzu,
Bilsəm əgər ki, jəngini məhliqa olub.
Zövqü səfayi-ruhfəza bəlkə Şuxiyə,
Şəbhayi-vəslin, ey sənəmi-dilrüba olub.
* * *
Səba, keyfiyyəti-halim vəfasız yarə məlum et,
Rəvan ol kuyinə, məkşuf qıl, əhvalı məfhum et.
Pərişan hali-tirə ruzigarım çun şəbi-hijran,
Bu məzmun əzrə ətvarım ona mərsulü mərsum et.
Dəhani-qönçeyi-siyrabdan məhfumi-əsrar et,
Dəhanı tək nümayan olmadan məsturi-məktum et.
Bilib sirri-zəmirün nükhəti-zülfilə bir namə,
Mədari-türreyi-mişkindən tərtibi-mərqum et.
Olurmu rahi-didari-şəfabəxşinə bir ümmid,
Qəmi-üzlat qəlbi seydi-peyğamınla mədum et.
Ziyayi-tələti-didarilə ümidi-binayi,
Zəmani-bədi-hijranilə bəstə çeşmi məhrum et.
Əlaji-dil olunmaz şikveyi-hijranilə, Şuxi,
Müsəjjel etmə dərdün nameyi-əmali məxtum et.
* * *
Ovsani-nahəqdən olma, ey gözəl bir qanə sən bais,
Dolanır bari o könül başına qurbanə sən bais.
Ola ey qəmzeyi-jadu olundun əvvəlü axır,
Pərişan haliyi dil xatiri-viranə sən bais.
Nəzərdən dur ikən ruyi olursan türreyi-mişkin,
Təxəyyülhayi-şeirin şəbi-hijranə sən bais.
Dila, əfrati-eşqü hübb evin eylədin zahir,
Bu nazi-jandar şiveyi-jananə sən bais.
Edirsən göftüguyi-zövqi-ləlin rənjini yarə,
Olub izhari-əsrari-ləbi-xəndanə sən bais.
Təğafil eyləyib əğyarə verdin rahi-əfsadə,
Fəraqi-yarilə oldun dili-suzanəsən bais.
Baxanlar durdən zənn eyləyirlər işrətin, əmma,
Həzaran heyf, Şuxi, xoşk bir əfsanə sən bais.
* * *
Nədən ey güli-belə bir busəni təhrim ilə bəhs,
Eyləmək xatir pürnazını torim ilə bəhs.
Badeyi-eşqini sərməstligindən eylədim,
Nə günah isə bənə eyləmə təjrim ilə bəhs.
Bəni bihuş qılıb zövqi-ləbi-gülfamın,
Eylə əvvəl bənə öz halimi təfhim ilə bəhs.
Dil edərmi bəni hər növ müqəssir edəsən,
Hər xüsusilə sənin qövluna təqdim ilə bəhs.
Qəzəbin hər nə ki, var eylə səbayə kim edir,
Verdigin türreyi-mişkinə məstim ilə bəhs.
Buseyi-ləlin üçün başımı ehda edərəm,
Bax, ey mahrüxim, eyləmə təvəhüm ilə bəhs.
Şuxi, məhsub olunur jümleyi-varilə sənin,
Digər, ey gül, nə rəva bəndeyi-təslim ilə bəhs.
* * *
Sən, ey gül, aləm içrə fitneyi-aşubə sən bais,
Anınçün kim, həman məhparə ruyi-xubəsən bais.
Könül bu iştiyaqilə vüsalə jüstüju üzrə,
Müqərrər, ey məhim, bir əksi-mətlubəsən bais.
Demə aləmdə bir jövr etmədim tətbiq ilə bir bax,
Şekəsti-hüsni-ruyi-jümleyi-məhbubəsən bais.
Nə göstərdi iki xunxar çeşmin bu dili-zarə,
Diyari-jan içində ləşkəri-məğlubəsən bais.
Könül məmurəsin seyr eylə gör təxribə üz tutmuş,
Xədəng əndazeyi ol qəmzeyi-dil kubəsən bais.
Çəküb razi-dil üşşaqi qıldın aləmə zahir,
Həmin tərqimi-əş’aratilə məktubəsən bais.
Rəhi-eşqidə olsa karbar Şuxiyi-zarın,
Büsati-işrət əhvalını məktubəsən bais.
* * *
Bu gün ol mahi-rüxim etmək üçün dərdə əlaj,
Verdi lütf eyliyərək mətleyi-rüxsarə rəvaj.
Rəhgüzarında dü məstanə gözü tutdu yolun,
Əqlini verdi dili-zarı xilas olmağa baj.
Eşqe sevdasını döndərdi könüldə qanə,
Gül rüxün ərz qılıb eylədi təğyir fəraj.
Dürr bəhrindən əqsayi xətadən dəxi müşk,
Zibi-rüxsarına şahan edir irsal xəraj.
Zülfi-hindusi binaquş buxağın götürüb,
Bir giran qədri-mətai ki, ola mayeyi-aj.
Eşq əsrarını hifz etməgə yox ja dildə,
Qəmzəsi ilə qılıb xaneyi-qəlbi taraj.
Olamaz navək dilduzinə üşşaqdə tab,
Qeyri məjruh dili-Şuxiyi-məsləkin amaj.
* * *
Gətir, ey saqiyi-məhrü, bənə bir sağəri-rah,
Rahi-kəm kərdeəm ol hadiyi-hənjari-fəlah.
Qəsdi-jan etməgə amadə durubdur çeşmi,
Tərksər məsti-müsəlləh be həme növ’i-səlah.
Qəlbi-taraj günüm tarü pərişan zülfi,
Edər olduqda nəşimən gəhi amaji-riyah.
Çilvə zülfinə verir rəxamətdə bənaz,
Zənn qıldım dil açıb tutiyi-tavus çinah.
Dəstrəs buseyi rüxsarına heyhat durub,
Səf mücgan qazaq alayi kimi əldə rəmah.
Dedim, ey dil, dəmi-sevdayi-səri-zülfündə,
Sənə bu örfdən idrak degil rahi-səlah.
Şuxiya, məskən qürbətlə fəraği-zülfi,
Səni piçideyi-əbru edər ovqati-rəvah.
* * *
Dili-ğafil, gözün aç hüsni-dilarasına bax,
Durub ol mah rüxim surəti-simasına bax.
Tir bər tir rəvan sinəmə əndaxtədir,
Çeşmi-jaduyi-şikarəfkəni-şəhlasına bax.
Saldı o dildarə dil şifteyi-suzani,
Pərtövi-arizi-gülguneyi-zibasına bax.
Ləbi-ləlindən edə qətreyi-janbəxş əta,
Sər foru eyləməz ol gərdəni-minasına bax.
Bəndi-bərbənd qılıb qeyd əsatətdə müqim,
Qəbrin türreyi piçideyi-mütərasına bax.
Sərvi heyran qılıbdır hərəkətdən saqət,
Qədi-zibayi-xuramandeyi-balasına bax.
Qəmzəsi etdigini könlümə bəndən sorma,
Xaneyi-qəlbə edən qarətü yəğmasına bax.
Lütfilə gah səni eyləyir əhya, ey dil,
Xəndeyi-ləli-ləbi-lölöyi lalasına bax.
Bir nigah ilə olub valehü məftunü əbd,
Şuxiyi-qəmzədə aşiqi-şeydasına bax.
* * *
Rüxündə məzhəri-lütfi-xuda çu qıldı nəhud,
Anımçün oldu dü əbru bənə məkani-jüjud.
Nəsimi-sübh toxundu qədə tari-zülfündən,
Gəlirdi guşəmə avazi-nəğmeyi-Dadud.
Hüjumi-qəmdən olurdum fərağü azadə,
Jəmali-mahliqasını eyləyib məhşud.
Həzar jəhdilə düşmüşdü dəstimə, çıxdı,
Nifaqi-dövri-zəmanilə daği-məqsud.
Bu illər ilə olan tul dərdi-hijranə,
Dəvayi-sürət dövri-vüsal qılmadı sud.
Əgərçi daği-vəslinə dəstrəs buldum,
Vəfayi bisəmər bəxt etdi xoşnud.
Eşitdim isə də bu ləfzi, görmədim səfa,
Deyirdi xəlq tülu etdi kövkəbi-məs’ud.
Fəğan ki, sabitkən eylədi bu qəsdi fələk,
Fənayi-aqibəti-hal hasidü məhsud.
Zəmani-firqəti-təlxində, ey şəkərdəhənim,
Olundu Şuxiyə əbvabi-işrəti məsdud.
* * *
Görməm əbruyi-hilalın məhimin əhdi-bəid,
Könül imsak üzərə bəstə qılıbdır dəreyd.
Həlqeyi-zülfi üzün tərfi-binakuşə çəküb,
Olur andan yenə bir fitneyi-aşub pədid.
Bir dəm vəslinə, ey badi-səba, səy edə gör,
Yetir ol ləli-şəkərbardən əxbari-nəvid.
Zinəti-gülşəni-jisminə verib nəşvü nüma,
Kamran heyf ki, dil bir güli-məqsud məçid.
Yox vəfa kəsdə ki, şərhi-qəm edə jananə,
Ola bir yar kojaməhrəmi-əsrari-bərid.
Nola bir kərrə təmənnasını tut qoyma ola,
Səri-rahında nəhayət dili-məzlum şəhid.
Etmədi rəhmi dili-Şuxiyə ol mahi-rüxim,
Naləhayi-şəbi-hijranımı aya nə şenid.
* * *
Səni ersali-nəzdi-bir güləndam eylərəm, kağız,
Sənlə ol büti-zibayə peyğam eylərəm, kağız.
Həmin bir namə kim, razi-dili-məjruhədir havi,
Anınçün janü dildən lütfi-ikram eylərəm, kağız.
Fəraği-ruyi-şərhin əşki-ələmdən müradilə,
Yazıb mərsul ol rüxsari-gülfam edər kağız.
Səni məmlu edib dərdi-dil ilə ey vərəq parə,
Dərunində bəsi əsrari-əktam eylərəm, kağız.
Yetişdin dəstbusi-yar edib çaket giribanın,
Nümayan et nə kim təqrirü elam eylərəm kağız.
Hərasan olma axər rişteyi-mehr ilə pabəstə,
Qılıb dildareyi-ənjam hər kam eylərəm, kağız.
Bu əxbarati təslim eyləsən ümmidi-Şuxidir,
Xilasi-vərteyi-hijranə iqdam eylərəm, kağız.
* * *
Səni, ey gül, xərababad könlüm sübhü şam istər,
Vəlikən yox ümidi-vəsl, bilməm dil nə kam istər.
Güli-gülzar seyrinə dilü didə nigah etməz,
Səni əndində könlüm, ey büti-ziba, xüram istər.
Nə meyli-bağ, nə şövqi-rəyahinü gülü sünbül,
Şəmimi-türreyi-ənbər siriştindən məşam istər.
Güli-izhari-bağ içrə şüküftə leyk naqisdir,
Rüxi-gülfamın ilə jani-mən zibi-təmam istər.
Qıla məşruhi-əhvali-fəraqi-jismi-suzani,
Mükəmməl qasidi-xoşməşrəbi-şirin pəyam istər.
Bulur bir rahi-fürsət dəsti-kinə jibi-əğyarə,
Qoyarsa gərdişi-gərdun nə günə intiqam istər.
Şəbi-hijranın keyfiyyəti təhriri-namümkün,
Zəbani-qöftequyə, Şuxiya, vəqti-məqam istər.
* * *
Olunmaq mübtəla eşqi-vəfasız yarə müşküldür,
Mərizi-dərdi-eşq üzrə bulunmaq çarə müşküldür.
Məhəbbət damına pabəstə dil kim, zarü nurandur,
Nəsihət rahdən heyhat ona qöftarə müşküldür.
Kimə izhari-dərd etmək, rəfiqan, napərid olmuş,
Hər an biməğzi agah eyləmək əsrarə müşküldür.
Əduyə intiqam etməkdə səbrə qeyri-mümkündür,
Vüqar təbdən almaq dəxi biqarə müşküldür.
Dilü-didə müqərrər iztirabü intizar üzrə,
Fəraqi-yarilə olmuş könül sədparə müşküldür.
Bulunmaz çareyi-dil dərdməndan bidəva qalmış,
İqamət biətibba mülkdə bimarə müşküldür.
Degil dil qabili-dərman, olupdur Şuxiya suzan,
Tutuşmuşdur əzəldən şöleyi-rüxsarə müşküldür.
* * *
Hər zaman badi-səri-zülfi-dilaramə dəgər,
Şam sübhə toxunur, sübh dəxi şamə dəgər.
Sübh məxluq oxur mülkə qərardur atəş,
Ya ki badi-səhəri arizi-gülfamə dəgər.
Göstərib ru miləli-xarijə saldun şuriş,
Bu həqarət həme bütxaneyi-vərzamə dəgər.
Zülfi-mişkini jəlinanə töküb rüxsarə,
Bais fitrət olur rövnəqi-islamə dəgər.
Qan olur badi-dərunində o dəm rəşkindən,
Ləbi-gülfam
Dostları ilə paylaş: |