Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi


Müəssisədə biznesin idarə edilməsinin prinsipləri



Yüklə 164,8 Kb.
səhifə27/39
tarix08.04.2023
ölçüsü164,8 Kb.
#124992
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
Mustafayev-Elvin

Müəssisədə biznesin idarə edilməsinin prinsipləri

və bazar konsepsiyaları.
Biznesin idarə edilməsi müəssisənin nizamnaməsinə uyğun surətdə həyata keçirir. Mülkiyyətçi müəssisənin idarə edilməsi bilavasitə mülkiyyətçinin özü (yaxud müvəkkil etdiyi şəxslər) tərəfindən həyata keçirilir. Mövcud qanunvericiliyə görə, fərdi (ailə) və dövlət müəssisəsi istisna olmaqla, digər müəssisələrin idarə edilməsi payçıların ümumi yığıncağı, idarə heyəti, səhdar cəmiyyətində isə (nizamnamədə nəzərdə tutulduğu halda) müşahidə şurası tərəfindən həyata keçirilir. Fərdi (ailə) və dövlət müəssisəsini isə təsisçi bilavasitə özü idarə edir.(8-46)
İqtisadi ədəbiyyatlarda biznesin idarə edilməsi məsələlərinə müxtəlif cür yanaşılır. Bir halda istehsalın və ya kommersiya fəaliyyətinin idarə edilməsi kimi, digər halda isə istehsalın effektliyinin yüksəldilməsi və mənfəətliliyin artırılması məqsədilə müxtəlif idarəetmə formalarının, vasitələrinin və metodlarının, prinsiplərinin məcmusu kimi baxılır. Müasir idarəetmə iki əsas məsələni: - rəhbərliketmə nəzəriyyəsini və səmərəli idarəetmənin mövcud metodlarını və üsullarını özündə birləşdirir. Effektiv idarəetmə üsulu kimi biznesin idarə edilməsinin əsas məqsədi istehsal – satış proseslərinin səmərəli təşkili yolu ilə müəssisənin mənfəətliliyinin təmin olunmasından ibarətdir. Bununla əlaqədar biznesin idarəedilməsinin əsas vəzifəsi bazarın və istehlakçıların tələbinə uyğungələn məhsul istehsal istehsal etmək və onun səmərəli satışını həyata keçirməkdən ibarətdir. Biznes fəaliyyətinin səmərəli idarə edilməsini təmin edən əsas şərtlərdən biri də marketinq konsepsiyasından istifadə edilməsidir. Müasir dövrdə маркетинqə bir halda istehlakçıların məhsula, xidmətə olan tələbinin ödənilməsini təmin edən mübadilənin həyata keçirilməsinə yönəldilmiş qiymətqoyma, malyeridilişi, bölüşdürmə və satış fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi prosesi kimi, digər halda isə məhsul və xidmətlərə tələbin yaradılması, istehsal və satış tədbirlərinin planlaşdırılması, təşkili və ona nəzarətin həyata keçirilməsi ilə əlaqədar olan idarəetmə fəaliyyəti kimi yanaşılır.
Müəssisələrdə biznes fəaliyyətinin idarə edilməsi proseslərini elmi cəhətdən əsaslandırılmış üsul və metodlar sistemi kimi təsəvvür edən müasir elmi idarəetmənin banisi F. Teylor 1911-ci ildə çap etdirdiyi «Elmi idarəetmənin əsasları» adlı əsərində istehsalın səmərəliliyinin artırılması imkanlarını geniş şərh etmişdir. O, həm istehsal, həm də idarəetmə işçilərinin təşəbbüskar olmadıqlarını, novatorçuluq və səmərələşdiricilik imkanlarından istifadəyə əhəmiyyət vermədiklərini müşahidə edərək, ilk dəfə olaraq həm işçilərin, həm də avadanlıqların iş vaxtından necə istifadə edilməsinə diqqət yetirmişdir.
F. Teylor haqlı olaraq idarəetməni planlaşdırma və icra kimi iki mərhələyə bölmüşdür və idarəedicilərə aşağıdakı tövsiyyələri məsləhət görmüşdür:
1) hər bir işçinin gördüyü işi hissələrə ayırın;
2) göz qərarı, barmaq hesabı ilə deyil, hesablama metodları ilə iş görün;
3) işçilərin seçilməsi və təhsillərinin artırılmasını elmi üsullarla aparın;
4) idarəedicilər və işçilər arasında meydana çıxan anlaşılmazlıqları ədalətli şəkildə həll edin;
5) işlərin elmi üsullarla aparılması üçün işçilərə müttəfiq olaraq onları işlədin.
Bu prinsiplər bu gün də sahibkarlıq fəaliyyətinin və müasir idarəetmənin metodoloji və elmi əsasını təşkil edir. Biznesin idarə edilməsində müasir idarəetmə konsepsiyalarının, o cümlədən, marketinqin rolu və xarakteri idarəetmənin metodoloji təməli kimi 2.2 saylı şəkildə daha aydın təsvir edilmişdir:

Şəkil 2.2. Biznesin idarə edilməsinin xarakterik xüsusiyyətləri.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin