Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə18/39
tarix08.04.2023
ölçüsü164,8 Kb.
#124992
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
Mustafayev-Elvin

Müştərək sahibkarlıq fəaliyyəti. Xarici bazarlara çıxmağın ümumi üsullarından biri də xarici ölkənin müvafiq strukturları ilə firmanın istehsal və marketinq güclərinin birləşdirilməsi, bir sözlə, müştərək sahibkarlıq fəaliyyəti yaradılmasıdır. Müştərək sahibkarlıq fəaliyyətini ixracdan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu zaman xarici ölkədə hər hansı bir firma ilə iş birliyi yaradılır və bu zaman da istehsal gücündən və maliyyə vəsaitindən istifadə edilməklə yerli firmanın ideyası, «nou-xau»su xarici ölkədəki tərəf müqabilinin istehsal gücü və vəsaiti hesabına reallaşdırılır. Praktikada müştərək müəssisələrin əsasən dörd tipi mövcuddur:
Lisenziyalaşdırma. Bu üsul istehlakçının beynəlxalq bazara çıxmasının ən sadə üsullarından biridir. Firma hər hansı bir məhsul sahibindən istifadə etmək hüququnu əldə edir və rəqib yaratdığı aşkar edilir.
Podrat istehsalı. Müştərək sahibkarlıq fəaliyyətinin daha bir növü məhsul buraxılışı üzrə yerli istehlakçılarla müqavilə bağlamasıdır. Qərb ölkələrinin bir çox firmaları müştərək sahibkarlıq fəaliyyətinin bu modelindən istifadə edərək Tayvan və Cənubi Koreya bazarlarına çıxmış, onların köməyi ilə bazarlara çıxmaq imkanı əldə etmişlər. «Sirs» firması Meksika və İspaniyada öz univermaqlarını açarkən bu metoddan istifadə etmiş, satdığı malları hazırlaya bələcək yüksək ixtisaslı yerli istehsalçıları axtarıb tapmışdır.
Podrat istehsalının əsas nöqsanı ondan ibarətdir ki, firmanın istehsal prosesinə nəzarət aşağı olur və bu istehsalla bağlı potensial mənfəətin itirilməsinə gətirib çıxarır. Buna baxmayaraq, bu strategiya firmaya xarici bazarda öz fəaliyyətinin tez bir zamanda az risklə təşkil etməyə imkan verir.
Müqavilə üzrə idarəetmə. Bu üsuldan istifadə etməklə müştərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi firma tərəfindən müqavilə əsasında xarici firmaya menecment üzrə «nou-xau» verməsini, idarəetmə firmanın mütəxəssislərinin iştirakını, xarici firma tərəfindən isə kapital qoyuluşunun həyata keçirilməsini nəzərdə tutur.
Beləliklə, yerli firma məhsul ixrac etmir, o, menecment xidmətini ixrac edir. Bu halda firmanın xarici tərəf müqabilinə idarəetmə sahəsində çalışacağı yüksək ixtisaslı mütəxəssislər vermək imkanı məhdud olduqda və həmin mütəxəssisləri özü üçün yüksək xeyirlə istifadə etmək imkanına malik olduqda bu üsuldan istifadə etmək o qədər də məqsədəuyğun deyildir. Bundan başqa, müqavilə üzrə idarəetmə müəyyən müddət ərzində firmanın öz fəaliyyətini genişləndirmək imkanından məhrum edir. Odur ki, bu üsul a vaxt daha məqsədəuyğun hesab edilə bilər ki, firma idarəetmədə iştirak etdiyi tərəf müqabilinin müəssisəsinin səhmlərinin bir hissəsini əldə etmək imkanına malik olur.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin