Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi


Nəticə və təkliflər...................................................................................................72



Yüklə 164,8 Kb.
səhifə2/39
tarix08.04.2023
ölçüsü164,8 Kb.
#124992
1   2   3   4   5   6   7   8   9   ...   39
Mustafayev-Elvin

Nəticə və təkliflər...................................................................................................72
Ədəbiyyat siyahısı..................................................................................................76
GİRİŞ


Mövzunun aktuallığı. Müasir dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi, təsərrüfat münasibətlərinin mürəkkəbləşməsi, dünya iqtisadi are¬na¬sının bütün ölkələr üçün açılması, beynəlxalq iqtisadi təşkilatların güclənməsi, transmilli korporasiyaların sayının artması, habelə ölkələr arasında əmtəə və informasiya mübadiləsinin asanlaşması və bu işdə texnoloji yeniliklərin tətbiq edilməsi ilə məhsuldarlığın getdikcə daha da yüksəlməsi nəticəsində dünya ölkələri biznesin qloballaşması adlanan bir prosesin təsiri altına düşürlər. Bu elə bir prosesdir ki, bu zaman hər hansı bir ölkənin iqtisadiyyatında baş verən dəyişikliklər başqa ölkələrin iqtsiadi həyatına da bilavasitə təsir göstərir. Ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi sayəsində artıq bütün ölkələr dünya bazarında müştərək birliklər şəklində fəaliyyət göstərməyə çalışırlar.
Azərbaycan Respublikası da müstəqilliyə çıxdıqdan sonra biznesin qloballaşması prosesinin iştirakçılarından birinə çevrilmişdir. Respublikamızın artıq dünyanın bir çox ölkələri ilə həm iqtisadi, həm mədəni, həm də sosial və başqa tipli beynəlxalq əlaqələri mövcuddur. Müasir dövrdə ölkələr qarşısında daxili bazarda istehsal olunan əmtəə və xidmətlərin dünya bazarına irəlilədilməsi və reallaşdırılması problemi durur. Bu zaman ən mühüm məsələlərdən biri müəssisələrin biznes fəaliyyətinin genişləndirilməsindən, beynəlxalq iqtisadi fəaliyyətə müəssisələrin biznes fəaliyyəti nöqteyi nəzərindən yanaşılmasından ibarətdir. Qloballaşma şəraitində müəssisələr müvafiq inkişaf strategiyalarını formalaşdırır və tətbiq edirlər. Məhz bu müəssisələrə səmərəli biznes fəaliyyətini həyata keçirməyə imkan verir. Eyni zamanda qeyd etmək lazımdır ki, iqtisadiyyatın və ya biznesin qloballaşması şəraitində müəssisələrin inkişaf strategiyalarının formalaşması bir çox bazar konsepsiyalarının tətbiqinə xüsusi diqqət yetirməyi tələb edir.
Müasir iqtisadiyyatın formalaşdığı və inkişaf etdiyi bazar münasibətləri şəraitində müəssisə iqtisadi fəaliyyətin əsas mərkəzi həlqəsinə çevrilir. Müəssisələr ( onların birlikləri: - firmalar, şirkətlər, korporasiyalar) iqtisadiyyatı formalaşdıran və onun inkişafını tımin edən əsas təsərrüfat subyektlərinə çevrilirlər. Qeyd olunanlar dissertasiya işinin aktual bir mövzuya həsr olunduğunu göstər.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin