Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə23/39
tarix08.04.2023
ölçüsü164,8 Kb.
#124992
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
Mustafayev-Elvin

3. İnvestisiya üzrə biznes plan- investisiyanın cəlb edilməsi aləti hesab olunur. Bu tip biznes plan müəssisənin fəaliyyəti və inkişafı, müxtəlif növ layihələrin və proqramların həyata keçirilməsi üçün zəruri olan investisiyanın cəlb edilməsi məqsədilə işlənib hazırlanır.
4. Maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə biznes plan. Bu biznes plan adətən o müəssisələr tərəfindən hazırlanıb həyata keçirilir ki, onların maliyyə imkanları zəif olur, onlar ödənişqabiliyyətli olmurlar. Müəssisələr maliyyə vəziyyətlərini sağlamlaşdırmaq məqsədilə müvafiq biznes plan hazırlayıb həyata keçirməyə çalışırlar.
5. Kredit alınması üzrə biznes plan. Bu tip biznes plan sahibkarlara biznes fəaliyyətini və müxtəlif xarakterli biznes layihələri həyata keçirmək məqsədilə kredit əldə edilməsini nəzərdə tutur. Belə biznes planlar biznesin müxtəlif istiqamətləri üzrə həyata keçirilirlər.
Biznes planın işlənib hazırlanması yüksək peşəkarləq və məharət tələb edir, lahiyə rəhbərlərini və investorları lahiyənin məqsədəuyğunluğuna inandırır, onlara bir çox məsələləri həll etməyə imkan verir. Biznes plan qarşıya qoyulan məqsədə necə nail olunması yollarını göstərir, müəssisənin istehsa-kommersiya fəaliyyətinin nəticələrini qiymətləndirməyə, biznes fəaliyyətində yol verilən səhvləri aradan qaldırmağa, müəssisənin zəif və güclü tərəflərini müəyyənləşdirməyə, potensial imkanlarından maksimum istifadə etməyə və digər bu kimi məsələləri həll etməyə şərait yaradır.
Biznes plan eyni zamanda əsaslandırılmış layihəyə malik olmağa, qəbul edilən qərarların səmərəliliyini qiymətləndirməyə, məqsədə nail olmaq üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirməyə, layihəyə pul xərcləməyə dəyərmi sualına cavab verməyə, xərcləri müəyyənləşdirməyə, satış imkanlarını qiymətləndirməyə, gələcək istehsalın səmərəli və yüksək gəlirli olacağını göstərməyə imkan verir. Sahibkar biznes planın köməyilə müəyyən dövr ərzində fəaliyyətinin faktiki nəticələrini təhlil edir, gələcək dövrdə biznesin həyata keçirilməsinin istiqamətlərini və konsepsiyasını müəyyənləşdirir, maliyyələşmə mənbələrini göstərir, müəssisənin inkişaf strategiyalarını özündə əks etdirir. Biznes planın tərtibi layihənin həyata keçirilməsi üçün zəruri olan pul vəsaitinin məbləğinin vəmənbələrinin əsaslandırılmasını təmin edir, müəssisədaxili planlaşma üçün mühüm əhəmiyyət kəsb edir, müəssisədə strateji planlaşdırmanın ilkin mərhələsi hesab olunur.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin