8. Maliyyə planı. Maliyyə planı biznes planın bütün bölmələrini əhatə edir, onlarla qarşılıqlı əlaqədə hazırlanır, bütün bölmələrin fəaliyyəti, onlarda yol verilən xərclər dəyər formasında ümumiləşdirilir və tərtib olunur. Maliyyə planına – pul gəlirləri və xərclər balansı, satışın həcminin proqnozu, müəssisənin maliyyə büdcəsi, ümumi fəaliyyət balansı, qiymətli kağızların,risklərin və sığortalanmanın idarə edilməsi, layihənin səmərəlilik göstəriciləri və s. daxil edilirlər.
9. Risklərin qiymətləndirilməsi.Bu bölmədə biznes fəaliyyətində qarşıya çıxa biləcək risklər və onların təsir dərəcəsi qiymətləndirilir. Bu riskləri azaltmaq və onların vura biləcəyi ziyanların qarşısını almaq üçün nəzərdə tutulan tədbirlər qeyd olunur.
10. Əlavələr.Bura biznes planda qeyd olunan göstəriciləri və digər məsələləri təsdiqləyən baza göstəriciləri və sənədləri, o cümlədən, aparılan bazar tədqiqatlarının nəticələri, auditorların rəyləri, müqavilələr və s. bu kimi sənədlər daxil edilirlər.
Biznes planın işlənib hazırlanmasında ən vacib bölmələrdən biri maliyyə bölməsidir. Məhz bu bölmə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin bütün istiqamətlərini əhatə edir, səmərəlilik göstəricilərini müəyyənləşdirməyə imkan verir.
Biznes plan içlənib hazırlamdıqdan və təsdiq edildikdən sonra onun realizasiyasına başlanılır və bu prosesin idarə edilməsi ону тяшкил едян бцтцн елементляр цзря щяйата кечирилир.
Biznes planın işlənib hazırlanması prosesi özündə bir sıra ardıcıl mərhələləri birləşdirir və planlı şəkildə həyata keçirilir (15 s 168):
Biznes planın məqsədinin müəyyənləşdirilməsi.
Biznes planın hazırlanması üzrə iş planının tərtib edilməsi.
İş planına yenidən baxılması, onun dəqiqləşdirilməsi.
İnformasiyanın toplanması və biznes planın tərtib edilməsi.
Biznes planın yerinə yetirilməsinin qiymətləndirilməsi.
Biznes fəaliyyətinin xarakterindən və konkret şəraitdən asılı olaraq biznes planların tərkibi və strukturu ciddi surətdə fərqlənə bilər. Lakin maniyyətcə onların hamısı eyni olur. Hər bir biznes plan öz – özlüyündə unikal olur, çünki, müəssisənin və baxılan biznes növünün xüsusiyyətlərini mütləq nəzərə almaqla hazırlanır.