Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmetini ölkə iqtisadiyyatının inkişafında müəssisənin yerinin və rolunun müəyyənləşdirilməsi, müəssisədə biznes fəaliyyətinin təşkili və idarəedilməsi, onun prinsipləri və bazar konsepsiyaları, biznes planın işlənib hazırlanması prosesi, müəssisənin biznes fəaliyyətinin inkişaf istiqamətləri təşkil edir.Tədqiqatın obyekti isə müəssisənin biznes fəaliyyətidir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi və vəzifəsi iqtisadiyyatın formalaşması və inkişafında müəssisənin yerini və rolunu, biznesin idarəedilməsinin prinsipləri və bazar konsepsiyalarını qeyd etmək, Azərbaycan müəssisələrinin biznes fəaliyyətinin təhlilini və qiymətləndirilməsini həyata keçirmək, müəssisənin biznes fəaliyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.
Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını müasir elmi-iqtisadi ədəbiyyatlar, biznes,marketinq, menecment, beynəlxalq biznes və müəssisənin xarici-iqtisadi fəaliyyətinə dair elmi əsərlər, dövrü mətbuat, qəzet və jurnallarda çap edilmiş müxtəlif məqalələr, Dövlət Statistika Komitəsinin hesabat məlumatları, ölkəmizdə, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən müəsisə və təşkilatların təcrübəsindən götürülmüş və internet saytlarından əldə edilmiş informasiyalar təşkil edir.
Tədqiqatın metodoloji əsası. Tədqiqat prosesində müqayisəli təhlil və ümumiləşdirmə, sistemli yanaşma, iqtisadi-statistik metodlarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Aparılan tədqiqatla .müəssisənin ölkə iqtisadiyyatının inkişafında yeri və rolu, müəssisədə biznesin idarəedilməsinin prinsipləri və bazar konsepsiyaları, müəssisənin biznes fəaliyyətinin inkişaf istiqamətləri ilə bağlı olan bir sıra məsələlərin məzmununun açıqlanması. Yerli müssisələrin xarici ölkə bazarlarına çıxış imkanlarının qiymətləndirilməsi.
Tədqiqat işinin strukturu.Tədqiqat işi girişdən, 7 sualı birləşdirən 3 fəsildən, nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarət olmaqla 77 səhifə həcmində yazılmışdır. İşdə 3 cədvəl, 7 şəkil verilmişdir.