Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi


Texniki-iqtisadi inkişaf zonaları



Yüklə 164,8 Kb.
səhifə37/39
tarix08.04.2023
ölçüsü164,8 Kb.
#124992
1   ...   31   32   33   34   35   36   37   38   39
Mustafayev-Elvin

4. Texniki-iqtisadi inkişaf zonaları. Bu cür zonaların yaradilmasından məqsəd ölkə ərazisində yüksək texnoloji istehsalın təşkilini həyata keçirməkdən ibarətdir. Belə zonalarda fəaliyyət göstərən müəssisələrdə istehsalın idarə edilməsinin müsir metodlarından istifadə etməklə mütərəqqi istehsal texnologiyaları işlənib hazırlanır və tətbiq edilir. Bu cür zonalar əsasən inkişaf etmiş ölkələrdə daha çox yaradılır.
5. Yeni və yüksək texnologiyaların inkişafı zonaları. Bu cür zonalar ayrı - ayrı ölkələrdə “inkubatorlar”-ın, “biznes-innovasiya mərkəzləri”-nin “texnoparklar”-ın və “texnopolislər”-in yaradılmasını nəzərdə tutur. Belə zonalar əsasən inkişaf etmiş ölkələrdə - ABŞ, Yaponiya, Almaniya və Çin kimi ölkələrdə yaradılmışdır. Onların əsas məqsədi yeni və yüksək texnologiyalar, elmtutumlu məhsullar yaratmaqdan ibarətdir. Bir çox innovasiyalar, kəşflər, yeniliklər məhz bu zonalarda yaradılır. Dünya iqtisadiyyatının və eləcə də milli iqtisadiyyatların inkişafında bu zonaların rolu olduqca böyükdür.
6. Açıq rayonlar. Belə zonaların yaradılmasından əsas məqsəd güzəştli investisiya rejimi tətbiq etməklə xarici kapitalın cəlb edilməsindən ibarətdir. Bu məqsədlə ölkədə və ya onun müəyyən ərazisində “Açıq rayonlar” yaradılır. Bu zonalarda investisiya qoyuluşlarını stimullaşdırmaqla və güzəştli investisiya rejimi yaratmaqla texniki-iqtisadi inkişaf zonaların, ixracyönümlü istehsalı nəzərdə tutan texnoparklar , xüsusən də . yeni və yüksək texnologiyaların inkişafı zonaları yaradılır.
7. Offşor zonaları. Bəzən “vergi limanları” kimi də adlandırılan offşor zonalar 70-ci illərdən etibarən yaranmağa başlanmışdır. Offşor zonaları səmərəli valyuta-maliyyə rejiminə, yüksək səviyyəli bank və kommersiya sirrinin təminatlılığına, dövlət tənzimlənməsinin loyallığına görə müştəriləri daha çox cəlb edir. Onlar daha çox Böyük Britaniyanın keçmiş müstəmləkələri sayılan Birlik ölkələrində geniş yayılmışdır. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın offşor zonalar vardır. Panama, Norman adaları, İrlandiya, İsveçrə və s. kimi ölkələrdə offşor zonalarının fəaliyyəti daha əvvələ gedib çıxır. Son onilliklərdə offşor zonaları İsrail, Malta, Malayziya kimi ölkələrdə də yaranmağa başlamışdır ( 30 ).
İqtisadiyyatı bazar prinsipləri əsasında formalaşan və inkişaf edən Azərbaycan Respublikasında da biznes fəaliyyətinin genişlənməsi və inkişaf etdirilməsi istiqamətlərindən biri kimi Xüsusi İqtisadi Zonaların yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda bir sıra sosial – iqtisadi problemlərin, o cümlədən, ixracyönümlü iqtisadiyyatın formalaşması, innovasiya yönümlü strategiyaların tətbiqi, işsizliyin azaldılması, yeni iş yerlərinin açılması və s. həllinə böyük ehtiyac vardır. Belə problemlərin aradan qaldırılmasında və sosial – iqtisadi inkişafın təmin edilməsində azad iqtisadi zonaların yaradılması zərurətə çevrilmişdir.



Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin